Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Xocalı hadisələri zamanı azərbaycanlılara qarşı edilən vəhşilikdə iştirak etmiş Mixeil Avakyana Gürcüstanda abidə qoyulması Gürcüstan-Azərbaycan münasibətlərində ciddi ziddiyyətə səbəb olub. Hadisədən dərhal sonra Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri izahat verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, SOCAR isə Gürcüstana satdığı qazın qiymətini qaldırıb.
Faktxeber.com Azərbaycan-Gürcüstan münasibətlərində yaranmış qəfil soyuqluğu siyasi şərhçi İlqar Verdizadə ilə müzakirə edib. Politoloq yaranmış anlaşılmazlığın təsadüfi olmadığını, müəyyən güclərin Ermənistana yardım etmək üçün Gürcüstana göstəriş verdiklərini düşünür:
“Tarixən Azərbaycan-Gürcüstan münasibətləri əsasən iki istiqamət üzrə inkişaf edib: beynəlxalq layihələr və ikitərəfli münasibətlər. Beynəlxalq öhdəliklər bölgə ölkələri, Türkiyə, digər xarici dövlətlər qarşısında götürülmüş məsuliyyətdir. Bunlara toxunmaq ümumiyyətlə mümkün deyil. İkitərəfli münasibətlərə gəlincə isə, bəli, etiraf etməliyik ki, müəyyən anlaşılmazlıqlar yaranıb.
Qeyd edim ki, Şevarnadze və Saakaşvili zamanında hər iki müstəvidə - beynəlxalq və qonşuluq siyasəti - paralel olaraq inkişaf edib. Misal üçün Saakaşvilinin zamanında Novruz bayramı azərbaycanlıların rəsmi bayramı kimi Gürcüstan qanunvericiliyinə salınıb. Biz də öz növbəmizdə Gürcüstana güzəştlər etmişik. Görünür son illər müəyyən qüvvələr iki qonşu ölkə arasında olan münasibətləri yenidən nəzərdən keçirmək qərarına gəliblər. İlk addım kimi İvanaşvilinin qaz kəmərlərinə ekoloji ekspertiza aparmaq istəməsini, “Qazprom”la yenidən münasibətlər qurmağa cəhd etməsini göstərə bilərik. Ermənistan-Gürcüstan münasibətləri hər zaman ziddiyyətli olub. Lakin Paşinyanın hakimiyyətə gəlməsindən sonra Gürcüstan Qafqazda demokratik mühit yaratmaq üçün Ermənistanla müəyyən pərdəarxası əməkdaşlığa başlayıb. Bu güzəştlərin səviyyəsi o yerə gəlib çatıb ki, ermənilərin qəhrəman hesab etdikləri şəxslərə Gürcüstanda abidələr qoyulur. Son aylarda Ermənistan və Gürcüstan xüsusi xidmət orqanlarının görüşünü də qeyd etməliyik. Xülasə olaraq, kiminsə xaricdən Gürcüstana tapşırıq verdiyini, ermənilərlə yaxınlaşmaq lazım olduğunu və orada gedən siyasi proseslərə dəstək verilməsinin vacibliyini çatdırdığını düşünürəm”.
Politoloq Gürcüstanda fəaliyyət göstərən Azərbaycan diasporasının fəaliyyətinə də toxunub, qurumu sərt tənqid edib: “Niyə bizim orada olan diaspora susur, Azərbaycan qəhrəmanlarının tanıdılmasını həyata keçirmir? Təəssüf ki, orada işləyən diaspora həddindən artıq passiv, Gürcüstan iqtidarının göstərişləri ilə oturub-duran, öz mövqeyini açıq ortalığa qoymağı bacarmayan diasporadır. Unutmaq lazım deyil ki, ermənilərin "qəhrəmanları"na abidəni Ermənistan hökuməti yox, Gürcüstanda fəaliyyət göstərən erməni diasporası qoyub”.

İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
12
Dekabr
"Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
12
Dekabr
Gürcüstan parlamentində evakuasiya: müxalifətçi deputat "şübhəli maye" səpib - FOTO
12
Dekabr
Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib
12
Dekabr
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıblar - SİYAHI
12
Dekabr- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi
- 25-11-2019 14:45 Deputat: "Uşaqpulu verilməlidir"
- 25-11-2019 10:16 İqlim dəyişməsinin torpaqlara təsiri ilə bağlı Coğrafiya İnstitutundan AÇIQLAMA
- 22-11-2019 13:49 Kirayə mənzillərə müraciət başlayır - DETALLAR
- 21-11-2019 18:08 Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"
- 21-11-2019 10:48 Vüqar Bayramov: Vətəndaş ona borclu olan bank niyə pul qaytarmalıdır?
- 20-11-2019 17:07 Azərbaycanda 2000-dən artıq məhkuma elektron qolbaq tətbiq edilib
- 28-10-2019 16:25 Sosial evlər üçün güzəştli kateqoriyanın siyahısı genişləndirilsin - EKSPERT
- 28-10-2019 13:22 Zərdüş Əlizadə İraqda baş verən hadisələrin səbəbini şərh edib
- 28-10-2019 10:02 Badamdar kanalizasiya sisteminin olmaması səbəbindən sürüşüb
- 28-10-2019 09:43 Mikayıl Cabbarov: "Daha böyük iqtisadiyyatda daha çox vergi mədaxili təmin edilə bilir"
- 25-10-2019 14:38 82 yaşlı deputat: Yerimizi gənclər tutmalıdır
- 25-10-2019 09:33 Qoşulmama hərəkatına rəhbərliyimiz...– Bölgədə və dünyada sülhə böyük töhfələr verə bilər
- 21-10-2019 10:35 "Homoseksuallar mütləq güllələnməlidir" - Şeyx Əbdül
- 18-10-2019 14:38 "Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq"
- 16-10-2019 10:33 “Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”
- 09-10-2019 11:13 Elektron sürücülük vəsiqəsinə keçmək mümkündürmü?
- 04-10-2019 22:03 Rövnəq Abdullayev: Hansı Qarabağ qazisi müharibə vaxtı...
- 04-10-2019 12:20 Rusiyanın Azərbaycanda AES tikməsi böyük riskdir - Politoloq
- 01-10-2019 17:04 Rövşən Əhmədli: İsrail və Ermənistan özlərinə aid olmayan ərazidə qondarma dövlət yaradıblar
- 30-09-2019 19:59 Azərbaycan və qərb memarlığı: fərqli cəhətlər - Ekspert rəyi