Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2019
12:36
184
Genetikası dəyişmiş uşaqların daha bir `müəllifi` tapılıb

Məşhur amerikalı biomühəndis Maykl Dim çinli alim He Tszyankuyun HİV infeksiyasından müdafiə olunmuş uşaqlarla bağlı qalmaqallı  eksperimentlərində aparıcı rol oynayırmış. FaktXeber.com-un məlumatına  görə, bu barədə STAT News elmi-tibbi  portalı məlumat verib.

«Dim  prinsipial olaraq bunun əleyhinə olsaydı, Tszyankuyun bu layihəni reallaşdıra biləcəyini hesab etmirəm. Hüquqşünaslarının da  Dimin bu təcrübələrdə iştirakını təkzib etməməsi, onun nəzəri olsa bu təcrübələrdə hansısa  vacib rolunun olduğunu göstərir», - deyə Kaliforniya Universitetindən genetik Pol Knofpler bəyan edib.

Qeyd edək ki, 2018-ci ilin noyabr ayının sonlarında molekulyar bioloq He Tszyankuy (He Jiankui) insan embrionunun DNT-sində redaktə üzrə ilk «əməliyyatını» keçirməyə müyəssər olduğunu və immunçatışmazlığı virusunun fəaliyyətinə immuniteti olan ilk «transgen» uşaqları «ala bildiyini» elan etmişdi.

Bu məsələ siyasətçilər, alimlər və filosoflar arasında böyük etiraza səbəb oldu, Tszyankuyun özünün fəaliyyəti ilə Çinin hüquq mühafizə orqanlarını  və Universitetin genetik  komissiyasını maraqlandırıb. Yanvar ayında isə KİV-də belə məlumat yayıldı ki, cinayət işi açılacağı təqdirdə onu ölüm hökmü gözləyə bilər.

STAT bildirir ki, Tszyankuy öz nailiyyətləri barədə dünyaya elan etməzdən əvvəl o və 9 digər alim keçirdikləri təcrübənin  nəticələri olan məqaləni  Nature jurnalına və digər elmi nəşrlərə yollayıb. Genetikin qalmaqallı etirafı Nature-ni məqalənin resenziyasından və bununla bağlı bütün proseslərdən imtinasına səbəb oldu. Nəticədə onun «əlbirlərinin» adı mətbuat üçün naməlum qaldı. Ancaq cari ilin yanvar ayında  məlum oldu ki, Tszyankuyun layihəsində «xarici mütəxəssislər» iştirak edib.

Laboratoriya işçilərindən birinin sözlərinə görə, həmin mütəxəssislərdən biri  Hyustonda (ABŞ) Rays Universitetinin fizika və biomühəndislik üzrə professoru,  Tszyankuyun elmi rəhbəri və onunla bir sıra işlərin həmmüəllifi  Maykl Dim olub.

Anonim mənbə bildirib ki, Dim layihənin əsas aparıcı iştirakçılarından olub: o, nəinki nəzəri  işlərdə iştirak edib və təcrübələrin gedişatını izləyib, həmçinin  Tszyankuya könüllülərlə müsahibə aparmağa kömək edib.

Maraqlıdır ki, amerikalı araşdırmaçının  özü HİV-dən müdafiə olunan ilk «CRISPR-uşaqlar»ın  valideynləri ilə söhbət apardığını etiraf edir, lakin Tszyankuyun təcrübələrində iştirakını və hətta bu barədə məlumatlı olmasını təkzib edir.

Rays  Universiteti artıq Dimin  fəaliyyəti ilə bağlı özəl araşdırmaya başlayıb. Əgər şübhələr təsdiqini taparsa, genetiklər hesab edirlər ki, onun elmi karyerasına son qoyulacaq, professorun özünə qarşı qeyri-qanuni DNT modifikasiyaları ilə bağlı bir neçə cinayət işi açılacaq.

2018-ci ilin noyabr ayının 26-da çinli  araşdırması  He Tszyankuy Associated Press-ə müsahibəsində süni mayalanmadan öncə insan embrionlarının genomlarında dəyişiklik etdiyini, nəticədə dünyaya genetikası dəyişmiş iki uşağın gələcəyini elan etmişdi. Dərhal ümumdünya elmi icma alimin işini sərt şəkildə tənqid etdi. 

Çində bu məsələ ilə bağlı istintaq başlayıb, insan genomu ilə bağlı  bütün təcrübələr müvəqqəti olaraq dayandırılıb.

Sonradan sağlam anada və HİV-ə yoluxmuş atadan DNT-si dəyişdirilmiş iki uşaq dünyaya gəldi. He Tsyankuy bildirdi ki, uşaqlardan CCR5 genini götürüb, nəticədə onlar HİV-ə qarşı ömürlük immunitet qazanıblar.

Alim iddia edir ki, gələcək valideynlər onun işindən məlumatlı olublar  və təcrübədə iştirak etmək üçün könüllü razılıq veriblər.  Lakin etik normalara görə, onların adını çəkməyib.

Associated Press-dən məqalənin dərcindən iki saat sonra alimin işlədiyi Çin Elm və Texnologiyalar Universitetində  dosent He Tszyankuyun hələ 2018-ci ilin fevralın 2-də müvəqqəti olaraq işini tərk etdiyini bəyan elədi. Həmçinin universitet onun eksperimentləri barədə məlumatlı olmadığını və bu işlərlə etik prisniplərin, həmçinin elmi praktikanın kobud şəkildə pozulduğunu hesab etdiklərini bildirdi.

Bu iş He Tszyakuyun bütün dünyadan olan həmkarlarının da mənfi münasibətinə səbəb oldu.

«Biz nəyi isə bacarırıqsa, bu o demək deyil ki, bunu etməliyik. CRISPR texnologiyası böyük potensiala malikdir, lakin Çindən olan CRISPR-uşaqlar elmə və insan həyatına etimadı itirir», - deyə  London Universitet Kollecinin araşdırmaçısı  Məryəm Xosrəvi bildirir.

Avstraliyalı biofizik  Anduan  van Oyet bu hadisəni elm üçün kədərli gün adlandırıb.

Hesabatla tanış olan mütəxəssislərin əksəriyyəti çinli tədqiqatçının CRISPR / Cas9 texnologiyasını düşünmədən istifadə etdiyini və genom redaktəsinin yan təsirlərini nəzərə almadığını bildirirlər. Avstraliya Milli Universitetinin genetikçisi Gaetan Bourgeo, Twitter hesabında qeyd edib ki, dəyişmiş DNT-si olan uşaqların hüceyrələrində silinmələr (xromosomun bir hissəsi ilə nəticələnən xromosomal düzəlişlər) və mozaisizm (toxumalarda genetik fərqli toxumaların olması) yarana bilməsi istisna edilmir. Buna görə də, bu texnologiyanın istifadəsinin nə ilə nəticələcəyini təxmin etmək çətindir.

Məqalədə : genetikası dəyişmiş GMO DNT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
15

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
104

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
77

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
63

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
110

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
202

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
91

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
92

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
120
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 16:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru