Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2019
12:04
1298
Azərbaycanda qızılca və `donuz qripi` epidemiyaya çevrilməyib - RƏSMİ

“Hazırda Azərbaycanda qızılca və A (H1N1) virusunun epidemiya halı alması təhlükəsi yoxdur”.

Bunu respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, ölkədə qızılcaya yoluxma halları qeydə alınıb: “Lakin bununla bağlı ciddi artım baş verməyib. Yoluxma halları adətən yaşlı insanlar, əsasən də tələbələr, yuxarı sinif şagirdləri arasında müşahidə olunur. Bu da onların vaxtı ilə peyvənd olunmaması ilə əlaqədardır. Hətta peyvənd olunmuş olsalar belə, bunun da müddəti var. Çünki peyvəndlərin təsiri 10-13 ildən sonra zəifləyir və yoluxma halları yenidən qeydə alınır”.

C.İsayev Səhiyyə Nazirliyinin qızılcaya görə 160 min doz peyvəndin alınmasını sifariş verdiyini də xatırladıb. O qeyd edib ki, bu xəstəlik hava-damcı infeksiyası olduğundan insanlar maksimum dərəcədə özlərini qorumağı bacarmalıdır: “Yəni, belə xəstələr insanların sıx olduqları yerlərə getməməli, ictimaiyyət arasına mümkün qədər az çıxmalıdırlar. Bu, digər insanların virusa yoluxdurulmamaları baxımından vacibdir. Çünki xəstəliyin əlamətləri meydana çıxandan sonrakı 4 gün müddətində bu ətrafdakılar üçün təhlükəli ola bilər. Əslində xəstələnən insanların harasa çıxmağa halı olmasa belə, yenə də ehtiyatlı olmaq lazımdır”.

Baş infeksionist əlavə edib ki, əgər qonşu ölkələrdə qızılca geniş yayılıbsa, bunun Azərbaycana da təsiri qaçılmazdır: “Azərbaycanda bu xəstəlik epidemiyaya çevrilməyib. Az sayda insanlar arasında rast gəlinir və güman edirəm ki, mart ayının əvvəlinə peyvəndləmə işlərinə başlanılacaq”.

C.İsayev həmçinin Azərbaycanda A (H1N1) virusunun yayılması haqqında məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, bu, mövsümi qripdir: “Bu virus ağır gedişə malik deyil. Ağır gediş o zaman ola bilər ki, insan mövsümlə əlaqəli qrip olduqda özünə diqqət etməsin. Yəni, xəstə insanlar bilərəkdən işə və ya başqa kollektivə gedərək yoluxmanı artırmış olur. Ev şəraitində olsa belə, müalicəni vaxtında almış olsa, xəstəliyin ağırlaşma forması da az olar. Ağırlaşma halı olanda da, dərhal həkimə müraciət edib bunun qarşısını ala bilər. Ümumi götürsək bütün xəstəliklərin hamısı təhlükəlidir. Əsas odur ki, insanlar özlərinə düzgün qulluq etməyi bacarsınlar. Yaşlılar, körpələr, hamilə qadınlar yanaşı xəstəlikləri olan insanlarda qrip təhlükəlidir. Həmin insanlarda ağırlaşma ehtimalı yüksəkdir. Gürcüstanda bu virusdan öldüyü deyilən şəxslərin yanaşı xəstəlikləri olub və bu səbəbdən dünyasını dəyişiblər. Çünki tək bu virusdan ölüm halları olmur”.

Ölkənin baş infeksionisti vurğulayıb ki, bu günə qədər Azərbaycanda A (H1N1) virusundan ölüm faktı qeydə alınmayıb. (Report)

Məqalədə : Qızılca 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
100

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
91

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
202

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
144

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
101

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
112

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
128

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
166

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
127

24 sentyabr tarixinə olan valyuta məzənnələri

24

Sentyabr
09:30
İQTİSADİYYAT
113
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 12:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru