Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2019
11:20
Nazirlikdən növbəti pensiya AÇIQLAMASI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, pensiya təyinatının elektron infrastrukturu qurularaq, cari ilin əvvəlindən ölkəmizdə pensiyaların elektron qaydada təyinatına başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Faktxeber.com-a verilən məlumata görə, yanvar ayında artıq 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub. 

“Pensiya yaşı (kişilər üçün 64 yaş, qadınlar üçün 61 yaş) tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün onlara bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilib.

Pensiya təyinatının avtomatlaşdırılması bu sahədə vətəndaş-məmur təmasının aradan qalxmasına və şəffaflığın təmin olunmasına imkan verib. Vətəndaşlar pensiya yaşı çatdıqda heç yerə müraciət etmədən və sənəd təqdim olunmadan, nəticədə hər hansı süründürməçilik, bürokratik halla rastlaşmadan onların pensiya hüququ reallaşdırılır.

Xatırladaq ki, 2019-cu ildə pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə (36 min insan) elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır. Digər 30 faiz şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b. daxildir ki, onların da pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər aparılır”, - Nazirlik bildirib.

Məqalədə : Pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5571

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4543

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6119

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6150

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8032

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5881
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 04:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru