Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2019
09:06
150
Azərbaycanda uşaqlı ailələrdə boşanma halları artıb

Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb.

1990-cı ildə ölkədə 14 040 boşanma halı qeydə alındığı halda, 1995-ci ildə bu rəqəm 2 dəfədən çox azalaraq 5 669-a enib. 2017-ci ildə isə boşananların sayı yenidən 14 514-ə çatıb ki, bu da 1990-2017-ci illər ərzində qeydə alınan ən yüksək göstəricidir. 2018-ci ilin yalnız yanvar-oktyabr aylarında (2018-ci il üzrə yekun hesabat açıqlanmayıb) qeydə alınmış boşanma hallarının sayı 12 396 təşkil edib.

Ümumilikdə boşananlar arasında uşaqsız ailələr çoxluq təşkil edir. Lakin göstəricilərdən aydın olur ki, ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb.

1990-cı illə müqayisədə 2017-ci ildə, yəni 27 il ərzində (2018-ci il istisna olmaqla) bir uşağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox uşağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb.

1990-cı ildə boşananların 8 853 nəfəri uşağı olmayan, 2 045-i bir uşağı olan, 3 142-i iki və daha çox uşağı olanlar olduğu halda, 2017-ci ildə boşananların 6 444 nəfəri uşağı olmayan, 3 946 nəfəri bir uşağı olan, 4 124 nəfəri iki və daha çox uşağı olan şəxslər olub.

Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, uşaqlı ailələr arasında ən yüksək boşanma göstəricisi isə 2017-ci ildə qeydə alınıb.

2017-ci illdə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13 110 olub ki, bu da hər 100 boşanmaya 162 uşağın düşməsi deməkdir.

Ümumilikdə götürdükdə, boşanmalar daha çox şəhər yerlərinin payına düşsə də, kənd yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı artıb, şəhər yerlərində isə əksinə, azalıb.

1990-cı ildə şəhər yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 3,5 olduğu halda, 2017-ci ildə bu göstərici 1,9-a enib. Kənd yerlərində isə 1990-cı ildə 0,2 olan boşanma göstəricisi 2017-ci ildə 1-ə çatıb.

2017-ci ildə boşanma halları ən çox 30-34 (3 568) 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar (3 803) arasında baş verib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Trend-ə Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

Komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin o, belə hesab edir ki, əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də boşanmaların artmasında sosial şəbəkələrin də xüsusi rol oynadığı qənaətindədir.

Məqalədə : ailə boşanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1437

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
408

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
153

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1157

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
948

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2293

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
995
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 03:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru