Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2019
11:44
2020-ci il Avropa çempionatı üçün satışa çıxarılacaq biletlərin sayı açıqlanıb

Futbol üzrə 2020-ci il Avropa çempionatı üçün 3 milyondan çox bilet satışa çıxarılacaq.

Bu barədə UEFA-nın kommunikasiya direktoru David Farrelli açıqlama verib. O bildirib ki, belə bir qərar AVRO-2020 üçün nəzərdə tutulan 12 stadionun tamaşaçı tutumuna əsasən qəbul olunub: "Stadionlardan 11-də oyunları 50 mindən çox azarkeş izləyə bilər. Yalnız Danimarkanın paytaxtı Kopenhagendəki "Parken Arena" 40 min nəfərlikdir. Hər stadionda bir neçə oyunun təşkil olunacağını nəzərə alaraq, 3 milyondan çox biletin satışını həyata keçirəcəyik".

Farrelli biletlərin iki mərhələdə satılacağını da açıqlayıb. Onun sözlərinə görə, birinci mərhələ bu il iyunun 12-dən AVRO-2020-nin seçmə mərhələsinin sonunadək olan dövrü əhatə edəcək. UEFA rəsmisi ilk dəfə qurumun 60 illiyi münasibətilə bütün qitəni birləşdirən çempionat təşkil edəcəklərini vurğulayıb: "Düşünmürəm ki, bu, belə miqyasda ilk və son Avropa çempionatı olacaq. Ola bilsin, 100 ilik yubileylə əlaqədar da analoji yarış olsun. Amma 40 ildən sonra təşkilatçı şəxslər biz olmayacağıq. Məsələ UEFA-nın bu tapşırığın miqyasından qorxmasında yox, Avropa çempionatında uğurlara nail olmaq üçün bu qədər ölkəni birləşdirə bilməyimizdədir. Azarkeşlərə özünəməxsus hədiyyə bəxş edəcək və bu yarışı hamı üçün keçirəcəyik".

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.

Məqalədə : Avropa Çempionatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki icra başçısının həbs müddəti uzadıldı

12

Aprel
17:09
HÜQUQ,HADİSƏ
197

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
361

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
281

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
221

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-04-2021 02:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru