Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2019
09:45
Övladlığagötürmə sahəsində işçi qrup yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanının icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İşçi qrupu yaradılıb.

Bu barədə Faktxeber.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, İşçi qrupun iş planı təsdiq edilib. Planda nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması, övladlığagötürmə prosesinin mərkəzləşdirilmiş vahid elektron uçotunun və idarəetmə sisteminin qurulmasının təmin edilməsi üçün funksional tələblərin hazırlanması yer alıb. “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə” qaydaların və övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və s. kimi işlər də plana daxildir.

İşçi qrupu plana əsasən, eyni zamanda, yaradılacaq altsistemə inteqrasiya olunacaq qurumların informasiya sistemlərinin və ehtiyatlarının siyahısına, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran dəstəkləyici tədbirlərə və mexanizmlərə dair təkliflər hazırlayacaq. Övladlığagötürmə sahəsində islahatlar və görüləcək tədbirlər barədə ictimaiyyətin ardıcıl və geniş məlumatlandırılması da təmin ediləcək.

İşçi qrupun ilk iclasında altsistemin yaradılması, övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və s. ilə bağlı görüləcək işlər müzakirə olunub, təkliflər səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin dekabrın 10-da “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. 

Məqalədə : Övladlığagötürmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43048

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41373

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42937

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42442

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47978

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42389

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42778
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 23:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru