Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2019
16:12
Qarabağ Komitəsi Gürcüstan səfirindən görüş istədi

Qarabağ Komitəsi Gürcüstanda Xocalı qatilinə abidə qoyulması ilə bağlı qonşu ölkənin səfiri Zurab Patadzeyə məktub yazaraq görüşmək istədiyini bildirib.

QAT-dan Faktxeber.com-a verilən məlumata görə, məktubda deyilir: “Biz Qarabağ Komitəsinin təmsilçiləri olaraq təmsil etdiyiniz dost və qonşu ölkədə Xocalı qatili, hərbi cani Mixeil Avakyana abidə qoyulmasını qətiyyətlə pisləyir və bu hərəkətin yolverilməz olduğunu nəzərinizə çatdırırıq. M.Avakyan işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsində fəal iştirak edib, xüsusilə də Azərbaycanın Xocalı şəhərinin dağıdılması, dinc əhalinin, o cümlədən, qocaların, qadınların, uşaqların qətlə yetirilməsində iştirak edib. Belə bir caniyə abidə qoyulması təkcə Azərbaycana deyil, bütün insanlığa qarşı hörmətsizlikdir”. QAT xatırladıb ki, Azərbaycanla Gürcüstan arasında möhkəm və səmimi dostluq əlaqələri mövcuddur: “Erməni canisinə abidə qoyulması iki dost ölkə arasında münasibətlərə xələl gətirir. Dünyada mövcud olan hüquq və etik normalara görə də, qatil, hərbi cani, terrorçulara abidə qoyulması yolverilməz hesab olunur”.

Məktubda bildirilib ki, Gürcüstan hökumətinin bu anlaşılmaz hərəkətə şərait yaratması haqlı suallar doğurur: “Gürcüstan rəhbərliyi Azərbaycan xalqının bu hərəkəti hörmətsizlik kimi dəyərləndirəcəyinin fərqində deyilmi?! Bu hərəkətin Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir edəcəyini düşünmürmü? Bu hərəkətin Gürcüstanda yaşayan azərbaycanlıların heysiyyatına toxunacağını başa düşmürmü? Bu hərəkətin 10 minlərlə azərbaycanlı şəhidin ruhlarına təhqir olduğunu anlamırmı? Bu hərəkətin terrorçunun, hərbi caninin, uşaq-qadın qatilinin dəstəklənməsi anlamına gəldiyini bilmirmi? Bu və digər suallara aydınlıq gətirilməsi, həmçinin mövqeyimizin Gürcüstan rəhbərliyinə çatdırılmasında vasitəçi olmağınız üçün Qarabağ Komitəsinin bir qrup üzvünü qəbul etmənizi xahiş edirik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52872

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51097

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52513

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52205

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57657

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51861

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52236
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 05:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru