Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2019
12:35
AQTA sədri restoranlara və şadlıq evlərinə xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ictimai iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

O, ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında insanların kütləvi şəkildə qidalandığı belə yerlərdə sahibkarları daha diqqətli olmağa çağırıb.

Q.Təhməzli bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: "Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana çıxır".

AQTA sədri deyib ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: "Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur".(Report)

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16713

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15382

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16772

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16360

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21759

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16240

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16380
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 03:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru