Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
15:34
`Buta Airways` sərnişinlərin hava limanında qeydiyyat haqqını 3 dəfə artırır

Fevralın 1-dən “Buta Airways” şirkətinin bütün aviareyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.

Bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

Məlumata görə, bundan sonra, uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək.

Həmçinin fevralın 1-dən etibarən uçuş hava limanlarında qeydiyyatın qiyməti indikindən 2,7 dəfə çox - 8 avro təşkil edəcək. Bu, qeydiyyat masalarında növbələrin azalmasına və aviaşirkətin cədvəlində gecikmələrin minimallaşdırılmasına imkan verəcək.

Saytda onlayn-qeydiyyat əvvəlki kimi pulsuz xidmət olaraq qalacaq. Onlayn qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat funksiyasından həmçinin İOS və Android bazasında işləyən smartfonlar üçün yeni Buta Airways mobil əlavəsində istifadə etmək mümkündür.

Öncədən onlayn qeydiyyatdan keçmiş baqajla səyahət edən sərnişinlər hava limanında pulsuz "Baqajın qəbulu" (Baggage Drop) masasından istifadə edə bilərlər. Onlayn qeydiyyatdan keçən sərnişinlər üçün minik talonunun çap edilməsi xidməti də pulsuz olaraq qalacaq.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. Onun əsası 2016-ci ilin dekabr ayında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

Məqalədə : Buta Airways 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
195

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
346

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
245

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
343

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
259

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
257

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
246

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
261
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 22:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru