Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2019
21:30
1028
Ermənistanda oynamış futbolçu Azərbaycan klubunda

“Zirə” klubu heyətinə iki yeni futbolçu qatıb. 

Azərbaycan Premyer Liqasının autsayderi olan komanda paraqvaylı Xulio Sezar Rodriqes Ximenes və Fil Dişi Sahilindən olan İsmael Beko Fofana ilə anlaşıb. 

Hər iki hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 28 yaşlı paraqvaylının son klubu ölkəsinin “Deportivo” (Kapyata) klubu olub. O, Avropada ilk legioner karyerasını Azərbaycanda yaşayacaq.

30 yaşlı afrikalı isə son olaraq Serbiyanın “Voyvodina” klubunda legioner həyatı yaşayıb. Onu da bildirək ki, Beko Fofana 2012-ci ilin yanvarından 2013-cü ilin yayınadək Ermənistanın “Şirak” klubunda oynayıb. O burda Ermənistan kubokunu qazanıb və yerli çempionatda 15 qola imza atmaqla ən məhsuldar karyerasını nümayiş etdirib.

Daha sonra Çempionlar Liqasının II təsnifat mərhələsində Serbiyanın “Partizan” komandasına qarşı keçirdiyi gözəl oyuna görə Belqrad klubuna trnafser olunub.

Məqalədə : Ermənistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3382

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1618

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2726

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1069

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1101

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 17:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru