Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2019
14:52
Azərbaycanlı deputatlar Brüsselə səfər edəcək

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Tahir Mirkişili qurumun komitələrinin iclaslarında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Faktxeber.com verilən məlumata görə, Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində innovasiya və islahatlar: problemlər və imkanlar”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımın stimullaşdırılması məqsədi ilə rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr keçiriləcək.

Enerji təhlükəsizliyi və Siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında “Energetika sahəsində birgə yanaşma və uyğunlaşma”, “Şərq tərəfdaşlığı ölkələrində dövlət qurumlarının səmərəliliyi və demokratiyanın möhkəmləndirilməsi vasitəsi kimi parlament nəzarəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız komitə iclasları ilə yanaşı, Belarusa dair işçi qrupunun iclasına da qatılacaqlar.

Nümayəndə heyətimizin üzvləri yığıncaqlarda qaldırılan məsələlərə dair öz fikirlərini açıqlayacaqlar.

Səfər yanvarın 31-də başa çatacaq.

Məqalədə : deputatlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42726

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41080

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42653

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42154

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47652

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42106

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42471
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 06:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru