Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2019
10:59
310
İpoteka və Kredit Zəmanət Fondundan kirayəyə ev götürənlərin DİQQƏTİNƏ!

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondundan kirayəyə ev götürərək gələcəkdə onun sahibinə çevrilmək istəyən ölkə vətəndaşlarının müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır.

Bu barədə Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi, “Fondun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda bildirilir.

Qaydaya əsasən, kirayə müqaviləsi bağlanıldıqdan sonra tam ödəniş 3 ildən tez həyata keçirilməməli, kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Müqavilə maksimum 25 il müddətinə bağlanıla bilər. Kirayə müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, aylıq ödənişlər geri qaytarılmır.

Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalı, yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır.

Fond kirayəçiyə yaşayış yeri üzrə qeydiyyata alınmasına kömək göstərməli, kirayəçi isə Fondun yazılı razılığı olmadan yaşayış sahəsində əsaslı təmir və yenidənqurma işləri aparmamalı, evdən başqa təyinat üzrə istifadə etməməlidir.

Bundan başqa, kirayəçi Fondun razılığına əsasən, müqavilə üzrə hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Kirayəçi vəfat etdikdə, müqaviləsi üzrə hüquq münasibətləri onun vərəsələrinə keçir.

Kirayə müqavilə elektron sistem vasitəsilə edilmiş müraciət əsasında, növbəlilik prinsipi ilə, Fondun razılığından sonrakı 10 iş günü ərzində bağlanılır. Kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. 

Bununla yanaşı, əgər kirayəçi bu Qaydada nəzərdə tutulmuş öhdəlikləri pozduqda, habelə ödənişləri 60 gün gecikdirdikdə müqaviləyə xitam verilə bilər. Kirayəçi kirayə hüququnu başqa şəxsə ötürmək barədə Fonda müraciət etdikdə, bu müddət 30 günə qədər uzadıla bilər. Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul etdikdə, bu barədə kirayəçiyə və ya onun vərəsələrinə 3 iş günü müddətində bildiriş göndərməlidir.

Fondun mülkiyyətində olan yaşayış sahəsi iqtisadi cəhətdən səmərəli olmadıqda (daşınmaz əmlak bazarında qiymətlər azaldığı halda və s.) daşınmaz əmlak əldə edilmiş qiymətdən 20% ucuz olmaqla, hərrac yolu ilə satıla bilər. Amma buna Fondun Himayəçilik Şurası qərar verməlidir. 

Məqalədə : İpoteka Mənzil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
300

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
184

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
268

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
201

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
215

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
195

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
216
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 06:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru