Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2019
16:07
`Azərişıq` `ASAN xidmət` vasitəsilə daha 2 xidmət göstərməyə başlayıb

“Azərişıq” ASC “ASAN xidmət” vasitəsilə abunəçilərə göstərdiyi xidmətlərin sayını 13-dən 15-ə çatdırıb. 

Bu gündən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması” xidmətləri göstərilir. 

Qeyd edək ki, indiyə qədər bir sıra Mənzil Tikinti Kooperativləri (MTK) çoxmənzilli binalara ümumi texniki şərt əldə edir, bəzi hallarda əhali abonentlərdən enerji haqqının ödənişi, qeyri əhalinin ödənişi kimi qeydə alınır, sayğacla təmin edilmə prosesində vətəndaşlardan “Azərişığ"a aidiyyəti olmayan əlavə vəsait tələb edilir, bu isə vətəndaşların narazılığına səbəb olurdu. Şəffaflıq və operativliyin təmin edilməsi, işin asanlaşdırılması məqsədi ilə “ASAN xidmət” mərkəzlərində yaradılan “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” xidməti Azərişıq ilə MTK, MMC və digər müəssisələrlə münasibətləri tənzimləyəcək. Bununla da çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin elektrik şəbəkəsinə qoşulması üçün fərdi qaydada müraciət etmələrinə ehtiyac qalmayacaq, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan qoşulma haqqı tələb olunmayacaq. Həmçinin MTK sahibləri də sənədləşmə işini yerində həll edə biləcəklər.

“ASAN xidmət” vasitəsi ilə yeni yaradılan “Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətinə gəldikdə isə burda da sahibkarların tikəcəyi və ya quraşdıracağı yarımstansiyalar, transformatorlar, elektrik xətləri, obyektlərin daxili və xarici elektrik təchizatı layihələndiriləcək və onun əsasında tikinti quraşdırma işlərinin həyata keçirilməsi təklif olunacaq. 

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu ərazidə qaz olmayacaq

24

Fevral
10:10
ÖLKƏ
219

Dəməşq raket hücumuna məruz qalıb

24

Fevral
10:08
DÜNYA
299

Abşeronda güclü yanğın başlayıb

24

Fevral
09:31
HÜQUQ,HADİSƏ
369

Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb

24

Fevral
09:17
İQTİSADİYYAT
290

Türkiyədə yenə də zəlzələ olub

24

Fevral
09:09
DÜNYA
310

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
752
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 11:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru