Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2019
15:10
Venesueladakı hadisələr neftin qiymətinə necə təsir edəcək

“ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venesuelada müxalifət lideri Juan Guaidonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nikolas Maduro hökumətini çətin vəziyyətə salmaqla yanaşı, qlobal bazarlara da təsirsiz ötüşməyəcək”.

Faktxeber.com məlumat verir ki, bu haqda Vüqar Bayramov özünün feysbuk divarında yazıb. 

V.Bayramov qeyd edib ki, Venesueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb ola bilsə də belə orta və uzun müddətli prespektivdə “qara qızılın” qiymətində kəskin enişlərə səbəb olacaq:

“Doğrudur, sözügedən ölkədə vəziyyət gərginləşəcəyi və ABŞ sanksiyalarının güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur.

Hasilat həcminə görə ilk onluğa belə düşə bilməyən Venesuelanın gündəlik neft hasilatı 2 milyard 276 milyon bareldir. Bu gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venesuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da Guaido dövrü başladığı halda amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir”.

Ekspert qeyd edib ki, illik 3 milyon faiz infilyasiyaya malik olan Venesuelada yeni dövr başladığı halda hökumət “daha çox neft satıb daha çox gəlir əldə etməyə” çalışacaq:

“İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu da yoxdur. Bu isə o deməkdir ki, Vaşinqtonmeyilli gəncin Venesuelada hakimiyyəti gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda isə OPEK-nin istənilən səyinə baxmayarq, neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi də istisna olunmur. Göründüyü kimi, 2019-cu il öncədə proqnozlaşdırıldığı kimi dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq”.

Məqalədə : Venesuela 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53670

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51808

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53283

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53008

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58358

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52616

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53012
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 03:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru