Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2019
15:24
1501
Azərbaycan və İran `Peugeot` istehsal edəcək

Azərbaycan və İranın müştərək avtomobil zavodu olan “AzerMaş-İKCO” fevral ayının ortalarından Neftçala sənaye parkında “Peugeot” avtomobilinin istehsalına başlayacaq.

Bu barədə “AzerMaş”ın sədri Emin Axundov açıqlama verib.

“Xəzər-Pejo” adlı yeni avtomobillər avtomatik ötürücülər qutusu ilə təchiz olunacaq. “AzərMaş-IKCO” şirkətinin istehsal həcmi ilə 10 min avtomobil olacaq. Birinci mərhələdə (2019-cu ilin sonuna) altı min avtomobil istehsal olacaq. Müəssisənin ilə iki min avtomobil ixrac edəcəyi gözlənilir. Müəssisə 300 nəfəri işlə təmin edəcək.

İlkin mərhələdə “Xəzər” modelindən olan “Khazar SD” və “Khazar LD” avtomobilləri buraxılacaq. E.Axundovun bildirdiyinə görə, “Khazar SD”nin başlanğıc qiyməti 16 min manat, “Khazar LD” isə 18 min manat olacaq.

“Iran Khodro” və onun törəmə şirkəti olan “AzərMash-AzEuroCar” MMC 6 avqust 2016-cı ildə Neftçala sənaye parkında müştərək avtomobil zavodunun yaradılması haqında müqavilə bağlayıb. Layihənin ümumi dəyəri 14,08 milyon dollar qiymətləndirilir. Azərbaycanın investisiya payı 75%, İranın investisiya payı 25% təşkil edir. (oxu.az)

Məqalədə : Azərbaycan İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1761

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
1593

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
195
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 01:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru