Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
18:20
MM-də dövlət himni və gerbi ilə bağlı qanun layihələri müzakirə olunub

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Parlamentdən FaktXeber.com-a verilən məlumata görə, komitə sədri Əli Hüseynli 2018-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə danışıb.

Bildirilib ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub.

Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına baxılıb. İşlər planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında” qanunların hazırlanması, eləcə də bir sıra qanunlarda dəyişiliklər edilməsi haqqında qanun layihələrinin daxil edildiyi diqqətə çatdırılıb. Qanunvericilik işləri planı müzakirə olunaraq təsdiqlənib.

İclasda “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə edilib. Qeyd olunub ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının tətbiqi məqsədilə hazırlanıb.

“Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Bildirilib ki, sənəd “Milli Məclisin Daxili Nizamnaməsi”nə uyğunlaşdırma və parlament haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirə olunan bütün məsələlər baxılması üçün parlamentin plenar iclasına tövsiyə edilib.

Məqalədə : himn gerb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46986

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45135

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46745

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46360

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51881

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46005

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46538
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 11:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru