Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
17:56
AzTV-nin iki ölkədə bürosu bağlanır

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

FaktXeber.com-un “Report”a istinadla verdiyi məlumata görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov bununla bağlı müvafiq qərarlar qəbul edib.

AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa, QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətilərində yol verdikləri ciddi nöqsanlardır.

Xatırladaq ki, bu gün yayılan digər məlumata görə AzTV-nin yeni rəhbərliyi digər qərarla qurumun maliyyə rəhbərliyini vəzifədən azad edib, audit yoxlamalara başlanılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

Məqalədə : AzTV 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
375

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
735
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 04:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru