Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
14:14
572
Azərbaycandan İrana gedənlərin sayı kəskin artıb

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 849,6 min nəfər və yaxud 2017-ci illə müqayisədə 5,7% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"FaktXəbər" bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Gələnlərin 30,9%-i Rusiya, 21,4%-i Gürcüstan, 10,2%-i Türkiyə, 8,5%-i İran, 3,3%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,6%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 1,4%-i İsrail, 17,2%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. 

Gələnlərin 66,1%-ni kişilər, 33,9%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5%-i yanvar, 5,8%-i fevral, 9,7%-i mart, 7,7%-i aprel, 7,3%-i may, 9,5%-i iyun, 11,6%-i iyul, 11,3%-i avqust, 8,1%-i sentyabr, 7,4%-i oktyabr, 7,5%-i noyabr, 7,6%-i isə dekabr ayında ölkəyə gəlib. 

2018-ci ildə Körfəz ölkələrindən (BƏƏ və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9%, Oman vətəndaşlarının sayı 7,4% artıb. İrandan gələnlərin sayında 33,7%, BƏƏ-dən gələnlərin sayında isə 8,3% azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7% artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8% artaraq 1 044,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5%-i dəmir yolu və avtomobil, 41,5%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.

2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5% artaraq 4 908,1 min nəfər olub. Ölkə vətəndaşlarının 33,6%-i İrana, 29,2%-i Gürcüstana, 18,9%-i Rusiyaya, 12,3%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 0,9%-i BƏƏ-yə, 3,7%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3%-i kişilər, 34,7%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8%, Gürcüstana gedənlərin sayı 4,2%, Türkiyəyə gedənlərin sayı 0,9%, Rusiyaya gedənlərin sayı 0,3% artıb.

2018-ci ildə xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 81,4%-i dəmir yolu və avtomobil, 17,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Məqalədə : Azərbaycan İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
281

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
186

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
217

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
252

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
281

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
272

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
844

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
649
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 06:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru