Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
09:08
1784
Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir

Yenidoğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir. FaktXəbər bildirir ki, bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: "Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var".

E.Karvardin qeyd edib ki, dövlətin bu məsələ ilə bağlı konkret təlimatı və tələbləri var: "Bu tələblər birmənalı şəkildə yerinə yetirilməlidir. Yəni xəstəxanalarda yenidoğulan uşaqlara süni uşaq qidalarının verilməsinə ümumiyyətlə yol verilməməlidir. Bu, Azərbaycan dövlətinin təlimatlarında da nəzərdə tutulub".

UNICEF rəsmisi əlavə edib ki, həyatının ilk dövründə körpənin ana südü ilə qidalanması onun sağlamlığına birbaşa təsir edir. Ananın orqanizmindəki antitellər körpəyə ötürülür və onun immunitetini gücləndirir:

"Bu, körpənin həm fiziki inkişafına, həm də beyninin inkişafına çox müsbət təsir edir və yalnız ana südü ilə qidalanma gələcəkdə uşağın sağlam böyüməsi üçün əhəmiyyətlidir. Düşünürük ki, bu sahədə tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir".

Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə göstəricilər hələ açıqlanmayıb) ümumilikdə 3 aya qədər uşaqların 89,7 min nəfəri ana südü ilə qidalanıb. 2005-ci ildə belə körpələrin sayı 95,2 min nəfər olub.

2017-ci ildə 6 aya qədər körpələrin 69,7 min nəfəri (2016-cı ildə 73,9 min nəfər) ana südü ilə qidalanıb ki, onların da 41,3 mininə (2016-cı ildə 41,5 min) yalnız ana südü verilib.

Azərbaycandakı körpələrin 55,4 mini 12 aya, 16,8 mini 1,5 yaşa, 7,8 mini isə 2 yaşına qədər ana südü ilə qidalanıb.

Məqalədə : körpə uşaq ana 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
37

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
125

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
85

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
31

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
146

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
50
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 01:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru