Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2019
09:45
Deputat vərəm və `Hepatit C` ilə bağlı dinləmələrin keçirilməsini istəyir

“Hepatit C”nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var.

Bunu ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva deyib.

O, bu məsələ ilə bağlı üzvü olduğu parlamentin Səhiyyə komitəsinin iclasında məsələ qaldırdığını və onun üzərində israrlı olduğunu dilə gətirib.

“Hepatit C”yə qarşı mübarizədə bu xəstəliyə yoluxan insanların müalicəsinə dövlət dəstəyi qədər, əhali arasında güclü maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsinə ehtiyac var”, - deyən millət vəkili bildirib ki, bu tədbirlər virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacib məsələlərdən biridir. 

“Bir sözlə, “Hepatit C” və onun artması bizi ciddi narahat etməli və bu istiqamətdə addımlarımızı daha da sürətləndirməliyik. Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin olması bu işə öz müsbət töhfəsini verə bilər. Bir daha təklifimin üzərində qalıram”, - deyə millət vəkili qeyd edib.

Q.Paşayeva ölkədə vərəm xəstəliyinin daşıyıcısı olan insanların sayının artdığını və bu məsələnin ciddi narahatlıq yaratdığını sözlərinə əlavə edib.

O təklif edib ki, həm bu məsələ ilə bağlı mövcud qanunvericilik tam yenilənsin, həm də bu yöndə ictimai dinləmələr təşkil edilsin. (oxu.az)

Məqalədə : Hepatit C 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4508

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3613

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5336

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5374

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6596

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5091
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 17:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru