Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2019
16:25
AQTA `quş qripi` ilə bağlı monitorinq aparır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiq etdiyi qrafikə əsasən ölkə ərazisində yüksək patogenli "quş qripi" xəstəliyinə görə növbəti epizootoloji monitorinqlər aparılır. 

Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, monitorinqlər yanvar ayının 14-də başlayıb və 18-də yekunlaşacaq. 

Monitorinqlər AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarının, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə qeyd olunan rayonlarda ailə, kiçik həcmli kommersiya və sənaye əsaslı quşçuluq təsərrüfatlarında həyata keçirilib.

Həmin ərazilərdə məskunlaşan quşlardan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasınada müayinə ediləcək.

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16693

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15362

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16752

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16345

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21739

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16225

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16370
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 03:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru