Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2019
11:50
229
2018-ci ildə Azərbaycana gələn turistlərin sayı açıqlanıb

2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən bir faiz artıb.

Ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6 faiz artaraq 2 milyon 8 minə çatıb.

Dövlət Turizm Agentliyindən FaktXəbər-ə bildirilib ki, Rusiya, Gürcüstan və Yaxın Şərq ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq və Asiya bazar paylarını müvafiq olaraq, 1, 2 faiz olmaqla bir qədər artırıblar. Rusiya və Türkiyə hər biri bazar payını təxminən 1 faiz, İran isə ən böyük azalma ilə 5 faiz itirib.

Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi 35, 55 faiz olmaqla Yaxın Şərq və Asiya ölkələrinə aiddir. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120 faiz, 41 min), İsrail (161 faiz, 40 min) və Küveyt (81 faiz, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135 faiz, 73 min) və Hindistan (175 faiz, 39 min) olub.

Məqalədə : turist turizm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
293

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
162

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
183

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
210

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
256

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 03:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru