Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2019
09:48
Bakıda nəqliyyatda problem yaranıb?

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi  (BNA) xüsusi rejimdə fəaliyyət göstərir.

Bu haqda BNA-dan məlumat verilib. 

Məlumata görə, əvvəlcədən görülən tədbirlər nəticəsində gecə saatlarından hazırki, vaxtadək şəhər nəqliyyatında hər hansı problem müşahidə edilməyib.

Yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.

Gecə saatlarından şəhər yollarında svetoforların fəaliyyətində problem müşahidə olunmayıb. Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.

Məlumat üçün bildiririk ki, hazırda müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.

Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

Məqalədə : Bakı nəqliyyat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
125

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
196

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
192

Sabaha gözlənilən hava açıqlandı

22

Aprel
13:30
ÖLKƏ
238

Lukaşenko Rusiyada

22

Aprel
12:45
DÜNYA
235

Çin Putinin təklifini dəstəklədi

22

Aprel
12:32
DÜNYA
343

Nazirliyin vəzifəli şəxsi həbs edildi

22

Aprel
12:18
HÜQUQ,HADİSƏ
442
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 01:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru