Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2019
16:06
2179
Sovet kosmonavtları Brejnevə qarşı 50 il əvvəl olan sui-qəsddən danışdılar

Kiçik leytenant  Viktor İlyin 1969-cu ildə Leonid Brejnevə sui-qəsd zamanı 16 güllə atıb və sürücünü qətlə yetirib. Lakin sui-qəsd zamanı SSRİ-nin Baş Katibi özü xəsarət almayıb. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə hadisə şahidi olan kosmonavtlar Boris Volınov və Aleksey Yeliseyev danışıb.

Cinayət  təqribən yarım əsr əvvəl – 1969-cu ilin yanvarın 22-də Baş Katib Moskvada  «Soyuz-4» və «Soyuz-5» kosmik  gəmilərinin heyət üzvlərini qarşılayarkən baş verib. Milis paltarı geyinmiş İlyin Kremlə daxil olan kortejə atəş açıb. Lakin səhv salır və Leonid İliçin yox, kosmonavtların getdiyi maşını gülləyə tutur.

«Gözəl küçə ilə gedirdik, hər iki tərəfdə bizi salamlayan insanlar var idi, onlar bizə gül-çiçək atırdılar. Yanvar ayı. Hava soyuq idi, bu səbəbdən biz Oktyabr meydanına (Hazırda Kaluja meydanı) üstü bağlı maşında getdik. Sonra bizi üstü açıq maşina mindirdilər, dedilər insanlar sizləri görmək istəyir», - deyə Volınov Kosmonavtika muzeyində təntənəli  mərasimdə deyib.

Birdən atəş səsləri eşidilir və Volınov lap ayıxnlıqda milis geyimli bir şəxsin atəş açdığını görüb.

«Ən əsası o idi ki, o, çox dəqiq atəş açırdı. Elə bu vaxt arxadakı maşın yaxınlaşdı (orda kosmonavtlar Aleksey Leonov, Andrian Nikolayev, Valentina Tereşkova və Qeorqiy Bereqovay var idi), cani dərhal sürücünün alnına atəş açaraq, onu öldürü. Sürücünün başı hələ də sükanda olan əllərinin üstünə düşdü», - deyə Volınov xatırlayır.

Maşınları müşaiyyət edən motosikletçi dərhal 90 dərəcə dönərək hücumçunu zərərsizləşdirmək istədi. Lakin o, yenə atəş açdı, mayor yerə yıxıldı.

«Səslər, hay-küy, lakin o, atəş açmağa davam edirdi. Maşın  dayandı. Xüsusi xidmət orqanlarından  kimsə gəldi… Tapançaların sandığı xatirimdədir: Makarov tipli 2 tapança arxada idi (yəni tapançanın sandığında olan bütün güllələr istifadə olunmuşdu: 8+8=16 atəş (o şərtlə ki, sandıqlar dolu idi)). Sonra onu həbs elədilər», - deyə Volınov danışır.

Onun sözlərinə görə, sonra kosmonavtlara tərəf maşın yaxınlaşır və onlardan soruşulur: «Kosmonavtların hamısı sağdır? Hər şey normaldır? Yaralılar yoxdur?» Yaralılar yox idi. Kartej yoluna davam elədi.

Volınovla eyni maşında yol alan Yeliseyev isə söhbətə əlavə edib: «Təəssüf ki, sürücü öldü. Ailə üçün böyük faciə idi. Ümumiyyətlə axmaq vəziyyət idi».

«Biz gedərkən, bilirdik ki, bir maşından sonra Brejnevin maşınıdır. Şəxsən mənə  onun reaksiyasına baxmaq maraqlı idi. Axı ona atəş açılmışdı: Hücumçunun əsas niyyəti ölkənin ali bəndi idi… Qarderoba daxil olduq, arxağızca Brejnev gəldi. Üzündə  elə ifadə var idi ki, elə bil heç nə baş verməyib. O, dərhal bizə dedi: «Uşaqlar, biz qərara aldıq ki, özümüzü heç nə baş verməmiş kimi göstərək». Onun bu özünü idarəsi  məni heyran qoydu», - deyə Yeliseyev əlavə edir.

Sui-qəsd barədə ictimaiyyət ancaq 20 ildən sonra – Yenidənqurma dövründə xəbər tutdu. KİV-də yazırdılar ki, İlyin  Baş Katibin ölümünün demokratik  islahatlara səbəb olacağını düşünürmüş. Sovet hökuməti sui-qəsddən sonra onu ruhi xəstə elan edərək müalicəyə yolladı. Nəticədə o 20 il ruhi xəstələr üçün olan xəstəxanada yatıb.

90-cı ildə azadlığa çıxaraq, Leninqradda bir otaqlı evlə və təqaüdlə təmin olunub.

Məqalədə : Top Secret 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
104

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
176

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
324

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
280

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
103

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
72

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
105

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
81
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 04:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru