Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2019
10:28
`Arif Alışanov kimi yarıtmaz adamın...` - Qulu Məhərrəmli

“Arif Alışanovun vəzifədən azad edilməsi düzgün qərardır”.

Bunu AzTV rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunması haqqında danışarkən tanınmış telejurnalsit, professor Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, bu qərar 12 il əvvəl verilsə, daha yaxşı olardı:

“Mən Arif Alışanov haqqında fikirlərimi çoxdan demişəm. Azərbaycan Televiziyası kimi tarixi ənənələri olan bir televiziyada Arif Alışanov kimi qeyri-peşəkar, yarıtmaz adamın uzun müddət rəhbər olması düzgün deyildi. Ona görə, ölkə başçısının bu qərarını alqışlayıram”.

Qeyd edək ki, Qulu Məhərrəmli və Arif Alışanov arasında 2016-cı ildən bəri davam edən məhkəmə prosesi medianın gündəminə çevrilmişdi.

Tərəflər arasında narazılıq Q.Məhərrəmlinin həmin ilin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədə AzTV-ni tənqid etməsindən sonra yaranıb.

Həmin müsahibədən sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. 

Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib.

Lakin uzun sürən prosesin nəticəsində Yasamal Rayon Məhkəməsi 2017-ci il fevralın 13-də tərəflərin məhkəmə çəkişməsinə xitam verib. 

Qeyd edək ki, A.Alışanovun Q.Məhərrəmliyə qarşı cinayət işi açılması ilə bağlı iddiası jurnalistin xeyrinə nəticələnmişdi.

Lakin uzun sürən prosesin nəticəsində Yasamal Rayon Məhkəməsi 2017-ci il fevralın 13-də tərəflərin məhkəmə çəkişməsinə xitam verib. (modern.az)

Məqalədə : Qulu Məhərrəmli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3710

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2723

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2127

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1841
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 16:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru