Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2019
12:46
Dağlıq Qarabağ separatçılarından biri ABŞ-a qaçıb

Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyan (Şmays) ailəsi ilə birlikdə ABŞ-a qaçıb. “Report” “Jamanak”a istinadən xəbər verir ki, o, bir daha ölkəsinə qayıtmayacaq və ABŞ-da daimi yaşayacaq.

A.Movsisyan bildirib ki, onun Ermənistanda 1,5 milyon dollar həcmində kredit borcu var: “Bu borcu bağlamaq üçün mənə məxsus olan bazarı, şadlıq sarayımı satışa çıxarmışam”.

Amma keçmiş deputatın daşınmaz əmlakı hələ də satılmayıb. Qəzet yazıb ki, A.Movsisyan kredit öhdəliyini yerinə yetirməmək üçün ABŞ-a qaçıb.

Qeyd edək ki, A.Movsisyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında iştirak edib. O, 1966-cı ildə Eçmiadzin şəhərində anadan olub. Bədən tərbiyəsi və hərbi hazırlıq üzrə Xankəndidə ali təhsil alıb. 2004-2007-ci illərdə o vaxtkı hakim Respublikaçılar Partiyasından deputat olub. 2007-ci ilin mayında yenidən eyni siyasi partiyanın siyahısından deputat seçilib. Parlamentin Müdafiə, milli təhlükəsizlik və daxili işlər məsələləri üzrə daimi komissiyasının üzvü olub.

Məqalədə : separatçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
BÖLMƏNİ DÜZ SEÇ!
35

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
45

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
80

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
165

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
246

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
165

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
177

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 16:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru