Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2019
12:26
456
Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

İran, Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək.

FaktXəbər bildirir ki, bunu Trend-ə müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir qeyd edib ki, İran və Azərbaycan arasında birgə film çəkilişi də nəzərdə tutulur: "Eyni zamanda, İran, Azərbaycan və Türkiyə arasında tanınmış aktyorların iştirakı ilə birgə seriallar çəkiləcək. Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılığını verib və müvafiq işlər aparılır".

İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan diplomat bildirib ki, 2018-ci ilin iyun ayında İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi Azərbaycana səfər edib:

"Həm Bakıda, həm də Gəncədə İran mədəniyyəti günləri keçirilib. İranın aparıcı kinorejissorlarından biri Məcid Məcidi Azərbaycana gəlib, Azərbaycanın kino sahəsinin mütəxəssisləri ilə görüşləri olub. Bundan başqa, Fərabi Kino Fondunun icraçı direktoru Əlirza Tabeş də Azərbaycana səfər edib, görüşlər keçirib, kino sahəsində müqavilələr imzalanıb. Həmçinin İranın teatr, xalça, musiqi, rəssamlıq və xəttatlıq sahələrində fəaliyyət göstərən tanınmış şəxsləri Azərbaycana gəliblər".

Məqalədə : Azərbaycan İran Türkiyə film serial 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
86

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
105

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
65

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
71

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
103

Hacı Əliyev belə uduzduruldu - VİDEO

19

Sentyabr
10:55
İDMAN
428

Bakının mərkəzində maşın aşdı - VİDEO

19

Sentyabr
09:54
HÜQUQ,HADİSƏ
163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 15:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru