Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2019
09:23
Azərbaycanda içməli suyun keyfiyyəti ilə bağlı analizlərin NƏTİCƏLƏRİ

2018-ci ildə "Azərsu" ASC-nin Mərkəzi Laboratoriyası və istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb.

Qurumdan FaktXeber.com-a verilən məlumata görə, ötən il analizlərin əsas hissəsi Mərkəzi Laboratoriya tərəfindən aparılıb. İl ərzində laboratoriyada içməli və tullantı sularının 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib. Bu 2017-ci illə müqayisədə nümunə sayında 21 faiz, göstərici sayında isə 50 faiz artım deməkdir. Keyfiyyətə nəzarət sahəsində müşahidə olunan ciddi artım göstəriciləri yeni su mənbələrinin istismara verilməsi, modul tipli sutəmizləyici qurğuların "Azərsu" ASC-nin xidmətinə verilməsi sayəsində mümkün olub.

Ümumilikdə, içməli su nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən götürülmüş 33 min su nümunəsi üzrə 158 min göstərici təyin edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və s. nöqtələrdən götürülmüş 2400 tullantı su nümunəsinin 16 min parametri öyrənilib.

Hazırda "Azərsu" ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 51, tullantı suların 54 olmaqla, ümumilikdə 105 parametri üzrə analizlər aparılır.

Məqalədə : içməli su 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42731

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41085

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42658

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42159

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47652

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42106

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42471
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 06:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru