Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
10:46
983
DƏHŞƏT: Gənci döyə-döyə öldürdülər - Azərbaycanda

Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb. FaktXeber.com-un məlumatına görə, hadisə taksidə baş verib.

Belə ki, Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu döyülmüş vəziyyətdə yaşadığı ünvana gəlib.

O, evdə əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.

Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Mirzəyev aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, müvafiq ekspertiza təyin edilib, hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq əməliyyat-tədbirləri davam etdirilir.

Məqalədə : döyüb öldürdülər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
284

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
155

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
176

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
203

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
248

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
188
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 02:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru