Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
16:40
Facebook Yəməndə acından ölən uşaqların fotolarını senzura edir

Amerika sosial  şəbəkə administrasiyası Facebook istifadəçilərə Yəməndə aclıqdan əziyyət çəkən uşaqların fotolarını redaktəsinə məcbur edir. FaktXeber.com-un məlumatına görə, bu barədə The Middle East xəbər verib.

Belə redaktədən sonra  şəkillər olduğundan az dəhşətli görünür və ümumi effekt yumşalır. Nəticədə Fələstində olduğu kimi, istifadəçilərə  baş verənlərin təhrif olunmuş təsviri təqdim olunur. Ən maraqlısı isə odur ki, adi gözlə bütün qabırğaları sananan uşaqların fotolarını redaktə etmə tələbi “seksual kontentin  qoyulma qaydalarına riayət etmə” konteksində irəli sürülür.

Facebook istifadəçiləri postlarında qəzəblə belə redaktələrin nümunələrini təqdim edirlər. Bunlardan  ən nəzərə çarpanı 12 yaşında 12.7 kq olan yəmənli qızcığaz Abrar İbrahimin şəklidir.

Fotoda sözün həqiqi mənasında bir dəri-bir sümük olan qız uşaq bezindədir. Facebook moderatorları isə can verən yeniyetmənin bu fotosunu «seksual kontentdən» hesab edib.

Bundan başqa ictimai fəallar bu fotoları öz Facebook səhifələrindən yerləşdirmək istəyərkən onları statusları bloklanıb.

Yeri gəlmişkən qeyd edək ki, Yəmən tam miqyaslı  fəlakətin astanasındadır.

“Biz vəziyyətin nə dərəcədə fəlakətli olduğunu daha çox anlayırıq”, - deyə Röyters-ə “Aclıqla mübarizə” fondunun (Action Against Hunger) regional direktoru Valentina Ferante bəyan edib.

O, bildirib ki, yaşam imkanları olmayan ailələr uşaqlardan hansını yedizdirib, hansını ac qoyma barədə seçim etməli olurlar. 

Məqalədə : Yəmən uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61756

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59490

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61145

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60835

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66311

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60596

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60805
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 17:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru