Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
10:06
Ukraynada pensiyalar ikiqat ixtisar olunub

Ukraynada minimal pensiya və yaşayış minimumu son 5 ildə iki dəfədən artıq azalıb. Bu barədə «Ukrayna seçimi xalqın hüququdur» hərəkatının lideri Viktor Medvedçuk öz məqaləsində bəyan edib.

Onun sözlərinə görə, Ukraynada minimal pensiya 2013-cü ildən 2,2 dəfə azalıb və miqdarı cəmi 53,2 dollardır. Halbuki 5 il öncə bu, 118,8 dollar təşkil edirdi.

O, əlavə edib ki, 5 il ərzində yaşayış minimumu da 2,2 dəfə azalaraq 147,2 dollardan 65,9 dollara düşüb.

O, həmçinin vurğulayıb ki, ukraynalıların nominal gəliri kommunal tarifin , ərzaq məhsullarının və dərmanların artan qiymətinə çatmır.

Bundan əvvəl «Batkivşinə» partiyasının lideri Yuliya Timoşenko bəyan etmişdi ki, Ukrayna rəsmi şəkildə regionun və kontinentin ən yoxsul ölkəsi sayılır.

Ümumdünya Bankının Ukrayna, Belorusiya və Moldaviya məsələləri üzrə direktoru Satu Kaxkonen bəyan etmişdi ki, son 5 ildə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ukraynaların sayı artıb.

Məqalədə : pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
358

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
685
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 15:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru