Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2019
15:05
Azərbaycan XİN-dən rəsmi Parisə cavab

“Rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin”.

Bunu Trend-in bu günlərdə Fransa Xarici İşlər Nazirliyinin (XİN) Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlaması barədə sorğusuna cavab olaraq Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri vəzifəsini idarə edən Leyla Abdullayeva bildirib.

L.Abdullayeva deyib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: “Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”.

Onun sözlərinə görə, Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:

“Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, A.Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin nümayəndəsi bloger Mehman Hüseynovun işini diqqətlə izlədiyini bildirmişdi: "Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq", 

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12035

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
10745

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12198

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
11781

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17134

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11589

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
11764
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2020 12:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru