Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2019
11:33
`2015-də parlamentin çoxluğu oliqarxlar tərəfindən formalaşdırılmışdı`
Milli Məclisin deputatı erkən seçki ilə bağlı açıqlama verdi

Apreldə növbədənkənar parlament seçkilərinin olacağı gözlənilir. Məlumatlara görə, hətta artıq bu barədə bir sıra deputatlara “seçkiyə hazırlaşın” göstərişi də verilib. Ötən il növbədənkənar prezident seçkiləri göstərdi ki, hakim Yeni Azərbaycan Partiyası üçün qəfil növbədənkənar seçkilər hazırlıqlar sarıdan problem yaratmır.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılmır: “Biz növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərləri, sadəcə, müzakirə kimi qəbul edirik. Konstitusiyaya əsasən, hazırkı parlamentin səlahiyyət müddəti gələn ilin noyabrında başa çatacaq. Hazırda növbədənkənar parlament seçkisinin keçirilməsinə hər hansı ehtiyac yoxdur”.

Seçkiyə hazırlıqsız yaxalanmaq ehtimalı belə görünür ki, yenə də var. Bəs növbədənkənar parlament seçkiləri keçirilsə, müxalifət partiyaları seçkidə iştirak edəcəklərmi?

VİP sədri Əli Əliyev bildirdi ki, növbədənkənar parlament seçkiləri yüksək ehtimallıdır: “Fikrimcə, bu ehtimalı artıran amil hakimiyyətdaxili proseslərlə əlaqəlidir. 2015-ci ildə parlamentin necə formalaşdığını hər kəs bilir. Mandat alan namizədlərin çoxu o dövrdə oliqarxlar tərəfindən irəli sürülmüşdü. İndi isə həmin oliqarx korpusunun bir hissəsi ”vurulmuş", digər hissəsi zəiflədilmiş vəziyyətdədir. Bütövlükdə parlamentin belə kontingentin nəzarətində olması iqtidarın nüvəsi üçün təhlükə mənbəyidir. Bu baxımdan düşünürəm ki, mütləq seçki olacaq. Aprel belə statuslu seçki üçün “uğurlu” sayılmalıdır. Çünki təbliğat periodu Novruz bayramına təsadüf edir.

Seçki rəsmi elan olunarsa, onu ayrıca dəyərləndirəcəyik. İştirakımız o dəyərləndirmədən asılı olacaq. İstərdim ki, hakimiyyət obyektiv prosesdə maraqlı olsun. Qərarımız o günə bu faktorlardan doğacaq".(musavat.com)

Məqalədə : parlament 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3699

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2718

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2122

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1836
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 16:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru