Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

ABŞ prezidenti Donald Trampın Amerika hərbçilərinin 50%-nin Əfqanıstandan çıxarılması barədə qərarı onun "impulsiv davranış"ı ilə bağlı yeni narahatlıqlar doğurub. Xüsusi ilə bu qərarın Suriyadan getmək qərarı ilə üst-üstə düşməsi olduqca maraqlıdır.
Bu barədə "The New York Times" qəzetinin baş elmi işçisi, publisist Robert Kaplan yazır. Onun sözlərinə görə, tezliklə ABŞ-ın bütün hərbçiləri bu ölkədən çıxarılacaq.
"Heç bir ölkə Əfqanıstan kimi Amerika imperiyasının tənəzzülünü bu qədər şəffaf göstərmir. Talibanın üzərində qələbə faktiki olaraq mümkün deyil və əsgərlərin gedişindən sonra bu ölkədə demokratiyanın qalma ehtimalı olduqca azdır. Lakin Vaşinqton bunu qəbul etmək istəmir", - deyə o, qeyd edib.
Çin, Pakistan və İran Əfqanıstanda enerji layihələri hazırlayır. ABŞ-a gəldikdə isə bu ölkədə ildə 45 milyard dollar xərclədiyinə baxmayaraq onun heç bir nəzərəçarpacaq kommersiya gələcəyi yoxdur.
Müəllifin sözlərinə görə, taliblər bir birinin ardınca qələbə qazanmağa davam edir və hazırda onlar hər an ABŞ-ın dəstəklədiyi hakimiyyəti devirə bilər.
Həmçinin Əfqanıstanın beynəlxalq terrorçuların sığınacağına çevrilmə təhlükəsi var və onlar hər an 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktına oxşar cinayətləri təkrarlamağa hazırdır. Əfqanıstandan əlavə, Yəmən və Somali də beynəlxalq terrorçular üçün meydança ola bilər.
"Bununla belə, çox güman ki, ABŞ hərbi qüvvələrinin Əfqanıstanda yerləşməsi hindlilər, çinlilər, pakistanlılar, ruslar və iranlılar üçün əlverişlidir. Bizim ordumuz onların yaratdığı nəqliyyat dəhlizlərinin təhlükəsizliyini tam şəkildə təmin edə bilər. Rusiyaya da öz şimal sərhədlərini terrorçulardan qorumağa da kömək edə bilər. Beləliklə, rəqiblərimiz bizim zəifləyən imperiyamızın üzərində öz imperiyalarını qurur", - deyə Kaplan bildirib.
"ABŞ Əfqanıstanda qalmağa məcburdur? Yox, əgər onların iddiaları əlçatmaz olur. Sonu görünməyən münaqişə içində batan ölkəyə yalnız böhranın dərinləşməsi üçün milyardlarla pul xərcləyib minlərlə hərbçi saxlamaq qəbuledilməz bir siyasətdir", - deyə Kaplan qeyd edir. Onun fikrincə, Əfqanıstana xərclənən məbləğin kiçin hissəsini Asiya infrastrukturunun inkişafı üçün xərcləmək olar.
Məsələn, Vyetnamda Çinin "Bir qurşaq bir yol" layihəsi ilə rəqabət aparmaq üçün ikili təyinatlı limanlarda təbii maye qazın saxlanılması üçün terminallar tikmək mümkündür.
"ABŞ qoşunlarının çıxarılması səssiz və gözlənilməz olmalıdır. Əsasən ABŞ "əleyhdarları" xəbərsiz qalsın deyə, çıxarılmanın zamanı da elan edilməməlidir. Amma gəlin açıq danışaq: Əfqanıstan böyük və inanılmaz dərəcədə bahalı aviadaşıyıcı gəmiləri xatırladır. Bu gəmilərin qabaqcıl raket texnologiyaları və hipersəsli silahlar fonunda köhnəldiyinə baxmayaraq, biz hələ də onları tikməyə davam edirik. Bu imperiya rudimentidir və onunla vidalaşma zamanı gəldi", - deyə Robert Kaplan yekunda bildirib.
Şübhəsiz ki, müəllif məsələnin dalana dirəndiyində tam haqlıdır, lakin o, hələ də ABŞ üçün Əfqanıstanın ikinci Vyetnam kimi bitəcəyini deməyə hazır deyil. Bu məsələdə Trampı digərlərindən fərqləndirən xüsusiyyət budur ki, o, başqaların deməyə çəkindiyi məsələləri deyə bilir. Talibanla müharibədə məğlubiyyəti etiraf etmək ilk növbədə ABŞ-ın imiсinə böyük zərbə vurar. Əfqanıstanda 7 min ABŞ əsgəri həyatını itirib, 40 mindən artıq isə yaralıdır. Bundan əlavə, ABŞ bu kampaniyaya trilyonlarla dollar xərc edib, nəticədə isə taliblər yenə hakimiyyətə gəlir. Hazırda Pentaqon fikirləşir ki, necə talibanı heç-heçəyə razılaşmağa məcbur etsin.
Latuffonun məşhur karikaturası olduqca aktualdır: 2008-ci ildə aydın görünməyən məsələlər 10 il sonra ABŞ-da daha açıq şəkildə etiraf edilir.
Tramp öz növbəsində SSRİ-n Əfqanıstana girməyini də doğru bir addım kimi qələmə verməyə başlayıb, çünki Sovet İttifaqı Əfqanıstanda məhz terrorçularla (ABŞ tərəfindən sponsorluq olunan) mübarizə aparıb, amma bu kampaniya bütövlüklə SSRİ-nin iqtisadi imkanlarına zərbə vurub. Qəribədir, amma son vaxtlar həm Moskva, həm Vaşinqtonda sovet əsgərlərinin Əfqanıstana yeridilməsinə rəsmi səviyyədə bəraət qazandırılır. Bununla belə, Tramp Reyqan və Buşa xəyanət edərək Kremlin əmri ilə "totalitar rejimi"in vəkili qismində çıxış edir.
Hazırda ABŞ-da "mister Tramp kimə işləyir?" və "generalitetin istehzası" kimi məsələlər olduqca aktualdır. Həmçinin Tramp buyurub ki, Mettis istefa verməyib, işdən qovulub, çünki "o, o qədər də yaxşı olmayıb" və Əfqanıstanda qarşıya qoyulan məqsədlərə nail ola bilməyib. Bundan əlavə, Tramp Əfqanıstanda olan komandirlərin də "payını” verib. O, hesab edir ki, onlara istədikləri məbləğin tam verilməsinə baxmayaraq, heç bir müvəffəqiyyətlər əldə edə bilməyib.
Trampın bu bəyanatlarından sonra belə qənaətə gəlmək olar ki, o, Pentaqonda tezliklə ciddi islahatlar aparacaq.
FaktXəbər

Cəlilabadda xüsusi əməliyyat - Quldurluq edən şəxs saxlanıldı - FOTO
14
Dekabr
Seyid Həsən Nəsrullah: ABŞ Livandakı etirazlardan sui-istifadə etmək istəyir
14
Dekabr
Türkiyə hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib - FOTO
14
Dekabr
Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub
14
Dekabr
Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb
14
Dekabr
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
14
Dekabr
Nadir Nəbiyev: "Bu gün komandasını satan sabah torpağını, millətini də satar"
14
Dekabr14-12-2019 14:15 Taliban yaraqlıları hərbi bazaya hücum edib
12-12-2019 11:40 Əfqanıstanda qızıl mədəni çöküb
11-12-2019 12:29 Silahlılar Əfqanıstanda daha altı qəbilə ağsaqqalını qaçırıblar
11-12-2019 10:59 NATO-nun Əfqanıstandakı aviabazasının yaxınlığında partlayış: 30 yaralı
11-12-2019 09:30 NATO-nun avtomobil karvanı yaxınlığında partlayış olub
10-12-2019 16:55 Əfqanıstanda Taliban 40 qəbilənin ağsaqqalını oğurlayıb
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi
- 26-04-2019 15:09 Fars Körfəzində yeni böhran: BƏƏ və Mərakeş yola getmir
- 26-04-2019 14:52 Tarixçidən İçərişəhər rəhbərliyinə çətin suallar
- 22-04-2019 10:10 10 mindən çox kredit borcu olanlara güzəşt ediləcəkmi?
- 14-04-2019 11:51 Sosioloqdan uşaq intharlarına çıxış yolu
- 13-04-2019 14:28 Moskva görüşü danışıqların sonu ola bilər - II Qarabağ savaşı an məsələsidir
- 12-04-2019 15:16 Ən böyük məsuliyyət dövlətin rəhbər orqanlarının üzərinə düşür