Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2019
09:06
300
Kartınızdakı manatı xarici valyutaya çevirmək neçəyə başa gəlir? – TARİFLƏR

Azərbaycanda fəaliyyət göstərən bankların AZN valyutalı kartlardan xarici valyuta ilə aparılan əməliyyatlar üzrə müəyyən etdikləri konvertasiya haqlarını araşdırılıb.

Belə ki, konvertasiya haqqı adlandırılan bu tariflər kartın valyutasından kənar valyuta ilə mübadilə əməliyyatı aparan zaman bank tərəfindən çıxılan vəsaitdir.

Təhlil göstərir ki, ölkədə fəaliyyət göstərən banklardan yalnız 8-i konvertasiya komissiyası tutmur. Bu banklara "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank of Baku", "Bank Respublika", "Beynəlxalq Bank" "Expressbank", "Kapital Bank" və "VTB Bank Azərbaycan" daxildir. Belə ki, bu banklarda mübadilə Mərkəzi Bnakın deyil həmin bankların gündəlik olaraq dərc etdiyi valyuta kurslarına uyğun olaraq aparılır.

Qeyd edək ki, cədvəldə AZN valyutalı kartlarla xarici valyutada aparılan nağdlaşdırma və nağdsız əməliyyatlar üzrə tariflər yer alıb. Həmçinin, banklar tərəfindən müəyyən olunan konvertasiya haqqı ölkədaxili və ölkəxarici əməliyyatlar üzrə eynidir.

Daha ətraflı aşağıdakı infoqrafikada:

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : kart 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 22:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com