Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
16:19
1764
DİM-in keçirdiyi imtahanlar üçün tələb olunan xidmət haqları

Dövlət İmtahan Mərkəzi  dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 

Qurum öz-özünü maliyyələşdirdiyinə görə, təşkil etdiyi imtahanlar üçün müəyyən xidmət haqları tələb olunur. 

FaktXeber.com Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar üçün tələb olunan xidmət haqlarını təqdim edir: 

Ali məktəbə qəbul imtahanları (2018-ci ilin göstəriciləri): 

İmtahanlar 2 mərhələdə təşkil olunur. 

Kollec və universitetlərə ilk dəfə imtahan verən cari ilin məzunları üçün imtahan pulsuzdur. İkinci imtahanda iştirak etmək üçün 40 Azn ödəməlisiniz. 

2018-ci ildə kurikulum standartları əsasında keçirilən sınaq imtahanının qiyməti 20 Azn təşkil edib. 

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili üzrə test imtahanının qiyməti 10 Azn-dir. 

Qabiliyyət imtahanları: 

Bir komissiya üzrə qabiliyyət imtahanında iştirak edən cari ilin məzunları üçün imtahan pulsuzdur. 

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Bakı İslam Universitetinin “Dinşünaslıq”, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında ikinci iştirakın qiyməti 30 Azn təşkil edir.

Magistratura pilləsi üzrə xidmət haqqı( 2018-ci ilin göstəriciləri): 

Magistraturaya sınaq imtahanının qiyməti 30 AZN təşkil edib; 

Qəbul imtahanının I mərhələsi 50, ikinci mərhələ 60 Azn təşkil edib.

Rezidentura pilləsi üzrə xidmət haqqı (2018-ci ilin göstəriciləri): 

Qəbul imtahının I mərhələsi 60, II mərhələsi 100 Azn təşkil edib. 

Dövlət qulluğu imtahanlarının test mərhələsində iştirak etmək üçün xidmət haqqı:                  

AA vəzifə qrupu üzrə test imtahanı        1 iştirak üçün- 110 Azn;                  

AB vəzifə qrupu üzrə test imtahanı        1 iştirak üçün- 100 Azn;                  

AC vəzifə qrupu üzrə test imtahanı        1 iştirak üçün- 90 Azn;                  

BA vəzifə qrupu üzrə test imtahanı        1 iştirak üçün- 80 Azn;                  

BB vəzifə qrupu üzrə test imtahanı         1 iştirak üçün- 70 Azn.

Dövlət İmtahan Mərkəzi, eyni zamanda SAT və TOEFL beynəlxalq imtahanlarının keçirilməsində mərkəz rolunu da oynayır.

SAT imtahanında iştirak üçün xidmət haqqı: 

İmtahanda iştirak etmək üçün  92.50 ABŞ dolları, esse daxil olmadan ödənişi isə 81.00  dollar ödəniş etməlisiniz. 

TOEFL imtahanında iştirak üçün xidmət haqqı: 

İmtahanda iştirak etmək üçün ödəniş haqqı 180 ABŞ dollarıdır. Qeydiyyatdan imtahandan bir həftə əvvəl keçmək lazımdır. Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 4 gün qalmışa qədər əlavə gecikmə rüsumunu (50 ABŞ dolları) ödəyərək qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, SAT və TOEFL imtahanları üçün tələb olunan rüsum Dövlət İmtahan Mərkəzinə ödənilmir. DİM sözügedən imtahanların keçirilməsində, yalnız test mərkəzi rolunu oynayır.

Məqalədə : imtahan qiymət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
219

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1836

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
372

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1297

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
439
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru