Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
13:03
298
Xəzərin bəzi ərazilərində duzluluq azalıb

Xəzərin Nabran, Neft Daşları və Lənkəran dəniz akvatoriyalarının səth sularında duzluluğun paylanmasında azalma müşahidə edilib.

FaktXəbər bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi məqsədilə “Azersky" və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişikliklərinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsiri ilə bağlı bir neçə il ərzində aparılan tədqiqatlar zamanı məlum olub.

Xəzərin Lənkəran, Neft Daşları və Nabran dəniz akvatoriyalarında çoxillik (1961-2017-ci illər) müşahidə məlumatlarının təhlili göstərir ki, bu akvatoriyaların çoxillik havasının və səth suyunun temperaturlarında artım, səth sularında duzluluğun paylanmasında isə azalma baş verib.

Lənkəran dəniz akvatoriyasında küləyin orta illik sürətində artım, Neft Daşları dəniz akvatoriyasında küləyin orta illik sürətində 1961-ci ildən 1999-cu ilədək artım, 2000-ci ildən 2010-cu ilə kimi azalma və yenidən 2011-ci ildən 2017-ci ilədək artımın, Nabran dəniz akvatoriyasında isə küləyin orta illik sürətində azalmanın baş verdiyi aşkar edilib.

Məqalədə : Xəzər dənizi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
76

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
338

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
230

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
213

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
241

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
231

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
297

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
243

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
258
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 20:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru