Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
11:17
1054
2018-ci ilin ən populyar mobil əlavə və oyunları açıqlanıb

“App Annie” analitik şirkəti 2018-ci ilə yekun vuraraq ən populyar mobil əlavə və oyunları açıqlayıb. Reytinq “Apple App Store” və “Google Play” mağazalarında dünya yükləmə statistikasına əsaslanır.

Ən populyar əlavə “Facebook Messenger” olub. İkinci pillədə “Facebook” şəbəkəsi, üçüncüdə “WhatsApp” messenceri, dördüncüdə “Tik Tok” sosial şəbəkəsi qərarlaşıb. Liderlər beşliyini “Instagram” şəbəkəsi tamamlayıb.

Reytinqə görə, ən çox yüklənən oyunlar kimi müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan “Helix Jump”, “Subway Surfers” və “PUBG Mobile” seçilib. Proqram tərtibatçılarına ən çox qazanc gətirən əlavələr arasında lider mövqedə “Netflix” yer alıb. Oyunlar arasında birinci pillədə “Fate/Grand Order” qərarlaşıb.

Bildirilir ki, 2018-ci ildə “Apple App Store” və “Google Play” mağazalarında yükləmələrin ümumi sayı 113 milyardı ötüb ki, bu da 2017-ci ilin nəticələri ilə müqayisədə 10 faiz çoxdur. İstifadəçilər proqramlara ümumilikdə 76 milyard dollar sərf ediblər. Bu isə 2017-ci ilin göstəricisini 20 faiz üstələyir.  

Məqalədə : populyar mobil oyunlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
252

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
120

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
120

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
575

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
135

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
277

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
224
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 06:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru