Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
09:23
290
Goranboyda top mərmisi tapılıb

Goranboy rayonunda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Faktxeber.com-a verilən məlumata görə, yanvarın 7-si saat 11:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Tap Qaraqoyunlu kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Goranboy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm top mərmisi (OF-32) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə : top mərmisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
252

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
120

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
120

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
576

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
135

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
277

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
226
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru