Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
16:21
1284
Azərbaycanda 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski olan ərazidə yerləşir

Azərbaycanda yaşayış məntəqələrinin respublika üçün xarakterik olan təbii fəlakətlər üzrə təsnifatı aparılarkən məlum olub ki, əhalisi 2 milyon nəfərdən çox olan 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski şəraitində fəaliyyət göstərir.

Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Azərbaycan ərazilərinin əhalinin məskunlaşması və təsərrüfatın inkişafı üçün zəlzələ hadisəsinin risk dərəcəsinə görə rayonlaşdırılması aparılıb. Müəyyən edilib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin daha çox ziyan vurduğu rayona 2 milyon nəfərdən çox əhalisi olan 395 yaşayış məntəqəsi daxildir. Buraya 58 qəsəbə və Bakı-Abşeron arxipelaqını əhatə etməklə Bakı və Sumqayıt şəhərləri, 27 yaşayış məntəqəsini əhatə edən Abşeron inzibati rayonu, 61 yaşayış məntəqəsini əhatə edən Zaqatala, 54 yaşayış məntəqəsini əhatə edən Balakən, 63 yaşayış məntəqəsini əhatə edən Şamaxı, 111 yaşayış məntəqəsini əhatə edən İsmayıllı, 79 yaşayış məntəqəsini əhatə edən Ağsu bölgələri və Gəncə şəhəri daxildir:

“Azərbaycanın iqtisadi gücünün - sənaye istehsalı potensialının 80 faizdən çoxu bu rayonda cəmlənib. Rayon əsasən, 8-9 ballıq zəlzələ zonasında yerləşib. Respublika ərazisində hər il orta hesabla qeydə alınan 3000-3500 yeraltı təkanların 80-85 faizi bu rayonun payına düşür”.

N.Paşayev qeyd edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin çox ziyan vurduğu rayona Mingəçevir şəhəri, Gəncə-Qazax (Gəncə şəhəri istisna olmaqla), Şəki-Zaqatala (Zaqatala və Balakən istisna olmaqla) və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonları daxildir. Bu rayonda əhalisi 1,2 milyon nəfərə yaxın olan 1073 yaşayış məntəqəsi zəlzələ riski altındadır.

Əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin orta dərəcədə ziyan vurduğu rayona Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonları, Xızı və Qobustan bölgələri daxildir. Bu rayonda əhalisi 600 min nəfər olan 1227 yaşayış məntəqəsi, əsasən, dəniz səviyyəsindən 0-200 metrdən 1000-1500 m-ə qədər yüksəklikdə, 7 ballıq zəlzələ zonasında yerləşir.

Alim əlavə edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin az ziyan vurduğu rayona 1787,6 min nəfər əhalinin məskunlaşdığı 844 yaşayış məntəqəsini əhatə edən Aran iqtisadi rayonunun (Mingəçevir şəhəri istisna olmaqla) ərazisi daxildir.

Məqalədə : zəlzələ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sentyabrın 19-ya aid hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
62

Qubada "Azərişığ"ın maşını aşıb

18

Sentyabr
12:49
HÜQUQ,HADİSƏ
64

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
147

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
66

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
184

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
139

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
153
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 13:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru