Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Yanvar

2019
09:06
1432
Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq. Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Sənəddə bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.

Bundan başqa, kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yollar (hərəkət zolaqları) yaradılacaq və ya digər müvafiq tədbirlər görüləcək, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün qısaməsafəli əlavə hərəkət zolaqları təşkil olunacaq.

Həmçinin monitorinqlər aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda avtomobil yollarının örüş-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun mal-qara keçidlərinin sayının optimallaşdırılması nəzərdə tutulur.

Məqalədə : velosiped zolaqları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1439

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
410

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
160

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1159

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
950

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2295

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
997
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 05:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru