Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2019
14:25
894
Ermənistan ordusunun 80-ə yaxın əsgəri hospitala yerləşdirilib

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində qışın gəlməsi ilə əlaqədar xəstələrin sayı kəskin surətdə artıb.

Ermənistan KİV-lərinin yazdığına görə, qar yağması və soyuqların düşməsi aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün ciddi bəlaya çevrilib.

Yerli KİV-lərdə yer alan xəbərlərdə qeyd olunub ki, son bir neçə gündə soyuqdəymə və yüksək hərarət diaqnozu ilə 79 hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib. Komandirlər və tibb xidməti rəisləri xəstəliklərin yayılmasının qarşısını almağa çalışsalar da, dərman preparatlarının və tibbi ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 12:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com