Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2019
12:10
812
`Sanki hardansa bomba düşürdü...` - İlham İsmayıl

Hər il Yeni il bayramına saylı günlər qalanda mətbuatda ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən pirotexnik vasitələrin aşkar edilib dövriyyədən çıxarılması haqda məlumatlar verilir. Xüsusən, bu sahəyə cavabdeh qurum Dövlət Gömrük Komitəsi külli miqdarda fişənglərə, səs-küylə müşayiət olunan partlayıcı mallarla mübarizə apardığını elan edir. Lakin ötən illərdən fərqli olmayaraq 2018-ci ilin son günü paytaxta partlayıcı vasitələrin səsi və qoxusu vətəndaşları ciddi narahat etdi. Görünür, dövlət idarələrinin apardığı mübarizə bəhrəsini verməyib. İşbazlar müəyyən yollarla bu vasitələri vətəndaşlara satmağa müyəssər olublar.

Mövzu ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət etdik. Keçmiş MTN-nin istefada olan polkovniki Faktxeber.com-a bildirdi ki, ölkəyə qeyri-qanuni yolla daxil olan istənilən mala görə Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti məsuliyyət daşıyır: 

“Əgər sözügedən vasitələr ölkədə istehsal olunmursa, deməli, ölkə xaricindən gətirilir. Əsasən Çində istehsal olunur. Sərhəddən keçərkən iki qurum birbaşa məsuliyyət daşıyır: Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti. Görünür burada hansısa korporativ maraqlar var. Artıq sərhədi keçəndən sonra isə daxildə hüquq mühafizə orqanları bu işlə məşğul olurlar. Görünür, onlar da pirotexnik vasitələrin satılmasına göz yumurlar və ya yetərincə diqqət edə bilmirlər. Ola bilər ki, buna müvəqqəti hal kimi baxırlar. Lakin nəzərə almaq lazımdır ki, insanlar bundan əziyyət çəkir. Mən özümü nəzərdə tuturam. Pəncərəmin kənarından elə partlayış səsi gəlirdi ki, sanki hardansa bomba düşürdü…”

Ekspert hesab edir ki, mövcud problemi həll edərkən, şadyanalıq keçirmək istəyə insanların, gənclərin daxili tələbatı mütləq nəzərə alınmalıdır: 

“Ölkə daxilində bu vəsaitlərin istehsalını təşkil etmək olar. Toylarda, ziyafətlərdə istifadə edilən yüngül atəşfəşanlıq vasitələrindən istehsal edib, gənclərin daxili tələbatın ödəmək mümkündür. Yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexnik və tezalışan malların gətirməsinə qadağanı isə yalnız yuxarıdan verilən sərt tapşırıq və cəza vasitəsi ilə həll etmək olar.”

Qeyd edək ki, bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, qeyd olunub ki, onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: “Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 21:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com