Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2019
14:03
`Azərbaycan xalqı çəkinən, qorxan xalq deyil, problem olanda üzə deyir`

"Biz real vəziyyəti bilməliyik. Hərbi hissələrdə “Açıq qapı” günlərində valideynlərə müraciət edirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik. Məqsədimiz odur ki, problemlər aşkara çıxarılsın və həll edilsin”. FaktXəbər bildirir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

O qeyd edib ki, həqiqətin üzə çıxarılması üçün Müdafiə Nazirliyi müxtəlif vasitələrdən istifadə edir: “Onlardan biri “etimad qutusu”nun olmasıdır. Yəni hər bir əsgər valideyni adını qeyd etmədən problem barədə məktub yaza bilər. Həmin məktubları nazirliyin Baş İdarəsinin nümayəndələri götürə bilir. Biz komandirlərə inanırıq, amma real vəziyyəti də bilməliyik. İşimiz göz qabağındadır, üzüaçıq valideynlərin qarşısına çıxırıq. İşimizin nəticəsindən əminik. Real vəziyyətin ortaya çıxarılması Ali Baş Komandanın tələbidir. Azərbaycan xalqı çəkinən, qorxan xalq deyil, problem olanda üzə deyir”.

Nazir “Real tv”yə müsahibəsində media nümayəndələrinə də çağırış edib: “Hərbi hissələrdə həyata keçirilən işlər yüksək səviyyədədir. Amma tək-tük neqativ hallar da olur. Kimsə nöqsana yol verirsə, bunu bilməliyik, valideyn deməlidir, bu, bir xahişdir. “Açıq qapı” günləri 3 aydan bir keçirilir, özü də eyni hərbi hissələrə getmirik. Media nümayənədləri prosesə qoşulsunlar, nöqsan varsa, çəksinlər, amma doğru, düzgün təqdim etsinlər. Şəxsi münasibətlərə görə yalan yazmasınlar. Söhbət məndən, səndən, digərindən getmir. Söhbət Azərbaycan ordusundan gedir, onlar həssasdılar, çünki düşmənlə üz-üzədirlər, qiymət gözləyirlər. Ona görə həmişə deyirəm ki, müsahibə götürəndə ilk növbədə əsgərdən götürün. Əsas əsgərdir, əsgərsiz komandir də, general da olmaz. Xahiş edirəm ki, media nümayəndələri “Açıq qapı” günləri mən gedən hərbi hissəyə deyil, başqalarına baş çəksinlər. Kimsə fikirləşə bilərlər ki, nazir hara gedirsə, orada yaxşı şərait yaradılır...”

Məqalədə : Zakir Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42731

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41085

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42658

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42159

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47652

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42106

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42471
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 06:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru