Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2018
13:29
Yevlaxda qatar qəzasının fəsadları aradan qaldırılıb - FOTO

Dekabrın 30-da saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb və toqquşma hadisəsi baş verib.

FaktXəbər bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova vurğulayıb ki, hadisə nəticəsində heç bir xəsarət alan olmayıb. Hadisənin nəticələri üç saat ərzində tam aradan qaldırılıb və “Azərbaycan Dəmir Yolları” QSC həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.

QSC rəsmisi qeyd edib ki, həmin istiqamət üzrə qatarların hərəkəti tam bərpa olunub, heç bir məhdudiyyət tətbiq olunmayıb və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər.

***

09:49: Yevlax rayonunda sərnişin qatarı qəzaya uğrayıb.

FaktXəbər-in "Report"a istinadən məlumatına görə, hadisə gecə saatlarında baş verib.

"Bakı - Böyük Kəsik" reysi üzrə hərəkətdə olan sərnişin qatarı ikiyollu nəqliyyat vasitəsinə - "friLiner"lə (ikiyollu daşıyıcı tez zamanda üstqurmaların dəyişməsini təmin edən, dəmir yollarında texniki xidmət işlərini, elektrik xəttlərinin təmiri və hündürlükdə həyata keçirilən işlər üçün universal nəqliyyat vasitəsi) çırpılıb. Hadisəyə səbəb isə ikiyollu nəqliyyat vasitəsinin texniki problemi olub. Bu səbəbdən də nəqliyyat vasitəsi işə düşməyib. Bu zaman sərnişin qatarı ona çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, qəza səbəbindən qatar son stansiyaya 2 saat gecikmə ilə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə : qatar qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 01:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru