Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2018
09:29
Qazaxıstan sərhədçiləri Xəzərdə Azərbaycan balıqçılarına atəş açıblar, 1 nəfər yaralanıb

Qazaxıstan sərhədçiləri Xəzər dənizinin onlara aid hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Azərbaycan balıqçılarına atəş açıblar.

FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, silahlı insident zamanı 1 nəfər Azərbaycan vətəndaşı yaralanıb.

Balıq ovçuları Xəzər dəniz hövzəsində 25 dekabr tarixində saat 23:45-də aşkar olunublar. Gəminin göyərtəsində 4 Azərbaycan vətəndaşı olub. Gəmidə həmçinin 40 ədəd nərə tipli balıq ovu nümunəsi, 10 qutu brokonyer qarmaq ipləri, peyk rabitəsi və naviqasiya vasitələri tapılıb.

Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Qazaxıstan sərhədçiləri gəmini dayandırmaq üçün təqib edən zaman atəş açmaq məcburiyyətində qalıblar. Bu zaman Azərbaycan vətəndaşlarından biri bazu önü sümüyündən güllə yarası alıb. Ona lazımi tibbi yardım göstərilib.

Qazaxıstan dövlət sərhədini qəsdən qanunsuz keçmə faktı üzrə cinayət işi açılıb.

Məqalədə : balıqçı gəmisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12426

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11131

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12574

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12168

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17515

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11986

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12150
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2020 03:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru