Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2018
11:51
Bu il `Azərişıq` ASC-yə rekord sayda müraciət daxil olub

"Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarların 150 kVt-a qədər şəbəkəyə qoşulmanın sadələşdirilməsi üçün fərmanı oldu. Bu fərman qaydaları bir qədər də sadələşdirdi. Həm qoşulmanın müddətini qısaltdı, həm də təmasın sayını azaltdı. Bu da məmur-sahibkar təmasını bir daha sıfıra endirmək məqsədi daşıyır."

FaktXəbər-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN” xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.

E.Rüstəmli qeyd edib ki, son fərmanın göstəri ilə sahibkar şəbəkə ilə ASAN Xidmətdə təmas qurur, sənədlərini təqdim edir, istəyinə uyğun kVt-a görə qoşulma haqqını ödəyir, bir də 20 gündən sonra alqı-satqı müqaviləsi, texniki şərt və layihədən ibarət paket sənəd şəklində sahibkara təqdim edilir: "Bütün bunlar prezidentin 25 dekabrda verdiyi fərmanla tənzimlənir. Fərmandan irəli gələrək, 3 yanvar 2019-cu il tarixindən yeni qaydalar tətbiq olunacaq. Bu günə qədər qoşulma 3 prosedura və 24 günə həyata keçirilirdisə, artıq 2 prosedura və 20 günə başa gələcək. 

Ümumi şəkildə deyə bilərəm ki, 2018-ci ildə rekord sayda müraciət daxil olub. 2017-ci ildə 1000 sahibkar müraciət etmişdisə, 2018-ci ildə bu rəqəm 3000 olub. Məişət abonentlərinin müraciət sayı 10 mindən artıqdır. 2017-ci ildə ümumi müraciətlərin sayı 140 mindən artıq idisə, 2018-ci ildə bu göstərici 203 mindən yuxarıdır."

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47126

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45305

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46875

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46495

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52041

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46190

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46668
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 07:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru