Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2018
15:20
Reuters-in 2018-ci il üçün ən yaxşı FOTOLARI

İlin sonunda adətən yekunlara baxılır və gələcək üçün planlar qurulur. 2018-ci il ölkəmizdə və dünyada bir sıra hadisələrlə yadda qaldı.

Dünyanın ən nəhəng xəbər agentliyindən biri olan Reuters geridə qoyduğumuz ildə baş verən hadisələrin maraqlı fotolarını paylaşıb. FaktXeber.com olaraq həmin fotolardan bəzilərini təqdim edirik:

Tristan Robertson Ays Milad bayramı ilə əlaqədar təqdim olunan  oyuncaqların təqdimatında «Elasti Plasti» ilə oynayır. Hamleys, London, 26 sentyabr. Müəllif: Piter Nikolls.

İki səudiyyəlinin həyata keçirdiyi «yanı üstə xizək» tryuku. Tabuka, Saudiyyə Ərəbistanı, 11 mart. Müəllif: Muhəmməd Əlhaviti

Dananqa yaxınlığında nəhəng əl formasında olan körpü. Vyetnam, 1 avqust. Müəllif: Nquen Huy Xam

Almaniyadan olan üzgüçü Cenni Mensinq Avropa Çempionatı zamanı başında yarıyacan dolmuş stəkanla məşq edir. 9 avqust. Avtor: Ştefan Vermut

Aşrita Furman — Ginnesin Rekordlar Kitabının ən məhsuldar  iştirakçısı – qarında qarpız doğramaq üzrə yeni rekorda imza atıb: dəqiqədə 26 qarpız. 18 iyul. Müəllif Brendan Makdermid

Suiti balası baş verənlərdən şoka düşüb. Sen Marten buxtası, Vels, 8 oktyabr. Müəllif: Rebekka Naden

64 kq arılarla örtülü olan kişi tərəzinin üstündə dayanaraq, dünya rekordunu qırmağa cəhd edir. Səudiyyə Ərəbistanı. 11 sentyabr. Muhəmməd  Əlvaiti 

Xeyriyyə qaçışı Color My Run. Malta, 28 oktyabr. Müəllif: Darrin Zammit Lupi

Estaveye-le-Lakda “Qurbağa muzeyi”ndə Fransua Peryenin qurbağaların müqəvvalarından instalyasiya. İsveçrə, 8 noyabr. Müəllif: Denis Balibaus

«Nəhəng fəvvarələr şousu» zamanı nağaraçı meymunun çıxışı. Ukrayna, Kiyev sirki, 27 sentyabr. Müəllif: Qleb Qaraniç

Alimlər, laboratoriyaya aparılması üçün böyüklüyünə görə planetin ən böyük ikinci canlısı olan balinanı doğrayıblar. 25 oktyabr. Müəllif: Fransua Lenuar.

Xilasedici Fransanın küçə teatrı “Royal de Luxe”un nəhəng marionetinin yaxınlığından keçir. Böyük Britaniya, 5 oktyabr, Müəllif: Darren Steypls

Hər il mütəmadi olaraq Madriddə keçirilən qoyun paradı. 21 oktyabr. Müəllif: Susana Vera

Beynəlxalq GetxoPhoto festivalında gənc oğlan Trampın təsviri olan hava batutunun üzərinə tullanır. Qeço, İspaniya, 6 sentyabr: Müəllif: Vinsent Vest

Zebr formasında piyada keçidi. Rusiya, Krasnoyarsk, 30 avqust. Müəllif: İlya Naymuşin.

Vistonis gölü sahilində hörümçək toruna bələnmiş kol. Yunanıstan, 19 oktyabr. Müəllif: Aleksandros Avramidis

Gənc qız su nilufərinin  nəhəng yarpağının üzərində oturub. Taybey, Tayvan, 16 avqust. Müəllif: Tayron Siu

Kişi Camna çayında fili çimizdirir. Nyu-Dehli, 6 fevral, Müəllif: Adnan Abidi

Məqalədə : ən yaxşı foto 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7321

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6159

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7705

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7654

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10947

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7392
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 01:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru