Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
22:23
316
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda N.Rzazadənin və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 30 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, İman Əvəzovun Nəsir Rzazadə və Rza Rzazadə, üçüncü şəxs Bakı şəhəri 40 saylı Notariat Kontoru və “Qlobal-Azəri” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vərəsələrin hüquqi varis kimi tanınması və etibar edilmiş vəsaitin müştərək qaydada tutulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 30 oktyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I, II və VII hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
156

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
117

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
137

Ərdoğan Azərbaycana səfərə yola düşüb

14

Oktyabr
12:29
SİYASƏT
72

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
107

Türk Şurasına sədrlik Azərbaycana keçdi

14

Oktyabr
11:29
SİYASƏT
69
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 14:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru